Qondarma “DQR”-in malları Ukraynada yasaqdır

Bakı ilə Kiyev Dağlıq Qarabağ və Donbas mallarına qadağa qoyub

Ukrayna ilə Azərbaycan, mərkəzi hakimiyyətlərin razılığı olmadan separatçı Dağlıq Qarabağ və Ukraynanın Donbas vilayətində istehsal olunan malları ölkəyə buraxmamaq razılığna gəliblər. Bunu kraynanın Azərbaycandakı səfiri Aleksandr Mishenko deyib. “Prezident Petro Poroshenkonun Bakıya səfəri zamanı hər iki ölkə rəhbəri gömrük qurumlarının rəhbərlərinə bu ölkələrin işğal edilmiş ərazilərindən gələn malların buraxılması məsələsinə bağmağı tapşırıblar.Gömrük rəhbərləri görüşərək mexanizm hazırlayıblar. Həmin mexanizmə əsasən mərkəzi hakimiyyətlər-Bakı və Kiyevin icazəsi olmadan bu ərazilərdən mal gətirilə bilməz” Mishenko deyib.
Diplomat bildirib ki, Dağlıq Qarabağda istehsal olunan mallar Ukraynaya yalnız rəsmi Bakının razılığı ilə gətirilə bilər. Həmçinin Azərbaycan Donbasdan gətirilən mallara eyni cür yanaşır.
“Misal üçün, şampan etiketlərini götürək. Əgər orda Ukrayna, Artyomovsk zavodu (Donbas) sözləri yazılıbsa, deməli hər şey normaldır. Yox əgər hansısa Novorossiya və ya bu ruhda nəsə yazılıbsa, təbii ki, Azərbaycan onu qəbul etməyəcək. Həmçinin Kiyev Dağlıq Qarabağdan olan məhsullara eyni cür yanaşır” səfir bildirib.
Səfir onu da deyib ki, prezidentlər danışan kimi qayda qüvvəyə minib, burda hansısa hökumətlərarası razılaşma imzalamağa ehtiyac yoxdur, müvafiq razılaşmanı gömrük qurumlarının rəhbəri imzalayıblar.

Xudaferin.eu

09:34