QMİ sədri: bütün dünyanın dini liderlərinin noyabrda Azərbaycanda toplanması planlaşdırılır

Bütün dünyanın dini liderlərinin cari il noyabrın 14-15-də Azərbaycanda toplanması planlaşdırılır. Bununla bağlı ciddi hazırlıq işləri görülür.

Xudaferin.eu xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mətbuat konfransında deyib. A.Paşazadə əlavə edib ki, Azərbaycan dünyada təkcə siyasəti, iqtisadiyyatı ilə deyil, eyni zamanda, mənəvi həyatda gördüyü işlərlə də tanınır.

“Bu gün Azərbaycanda mövcud olan tolerantlıq, dini dözümlülük dünya dövlətlərində yüksək qiymətləndirilir. Multikulturalizmin Azərbaycan modeli artıq bütün dünyada bir nümunədir”, - deyə QMİ sədri vurğulayıb.

Xudaferin.eu

16:57