Qızıl Meydanda mehtər marşının sədası göylərə yüksəldi

 

Rusiyanın paytaxtı Moskvada keçirilən "Spasskaya Qülləsi Hərbi Musiqi Festivalı"nda mehtər orkestrinin çıxışları böyük rəğbət qazandı.

Moskvanın tarixi məkanı olan Qızıl Meydanda keçirilən "Spasskaya Qülləsi Hərbi Musiqi Festivalı"nda Türkiyə Silahlı Qüvvələrinin Mehtər Orkestrinin çıxışı maraqlara səbəb oldu.

Mehtər Orkestrinin səsləndirdiyi bir sıra tarixi marşlar uzun və sürəkli alqışlarla qarşılandı.

Ruslar mehtər geyimlərini və yürüşünü diqqətlə izlədilər. 40 ölkədən 140 orkestrinin iştirak etdiyi dünyanın ən böyük beynəlxalq hərbi musiqi festivallarından biri olan"Spasskaya Qülləsi Hərbi Musiqi Festivalı" sentyabrın 3-dək davam edəcək.

Xudaferin.eu
RF. “Moslva Bürosu”

09:57