Qiymətlər keçən Novruzla müqayisədə 80 faiz artıb

 

Eyyub Hüseynov: “Ləpələrin tərkibindəki göbələklər tədricən zəhərlənməyə səbəb olur”

Bayramlar yaxınlaşır. Bunu market və mağazalardakı qiymətlər də əyani şəkildə göstərir. Çünki birmənalı olaraq, bizdə bayramın ilk carçısı artan qiymətlərdir. Hər il ənənəvi şəkildə keçirilən məhsul yarmarkaları da vəziyyəti müsbətə doğru dəyişmir. Çünki əhali həmin yarmarkalardakı qiymətlərdən də razı deyil. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bayram yarmarkalarında qiymət və keyfiyyətin qənaətbəxş olmadığını söyləyir. AİB sədri keçən illə müqayisədə qiymətlərdə 80 faiz artım olduğunu, istehlakçıların yarmarkalarda satılan məhsulların keyfiyyətindən də narazılığını deyir: “İstehlakçılar quru ləpələrin acılığından şikayət edir. Onların tərkibində aprotoksin göbələkləri aşkar olunub. Bu səbəbdən külli miqdarda ləpə məhsulu üç il öncə Avropa bazarlarına buraxılmadı. Çünki orada məhsulun tərkibini yoxlayırlar. Bizdə isə məhsullar yoxlanılmır və tərkibinin insana hansı zərəri verəcəyi bilinmir. Nəticədə ləpələrin tərkibindəki həmin göbələklər tədricən kütləvi şəkildə zəhərlənməyə səbəb olur”.

Nigar
Azadliq.info

 

12:14