Qırğızıstanda “Qorqud ata” tamaşası

TÜRKSOY-un təşəbbüsü ilə Qırğızıstan Akademik Milli Dram Teatrında “Qorqud ata” tamaşası göstərilib. Bu haqda məlumatı Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanan tamaşanın təqdimatında TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstanın elm, incəsənət, mədəniyyət xadimləri, alimlər, ictimaiyyətin nümayəndələri, diplomatlar iştirak ediblər. Düsen Kaseinov “Kitabi-Dədə Qorqud” dastanı haqqında məlumat verib, dastanın ümumtürk mədəniyyətinin tərkib hissəsi olduğunu bildirib.

Xudaferin.eu

13:12