Qırğızıstanda latın əlifbasına keçmək təklif edildi

Qırğızıstan parlamentinin “Ata meken” deputatı Kanıbek İmanəliyev latın əlifbasına keçid təklifi ilə çıxış edib. 

Xudaferin.eu xəbər verir ki, bu barədə “Veçerni Bişkek” məlumat yayıb. 

“Biz istənilən halda 2030-2040-cı illər üçün latın əlifbasına keçməli olacağıq, bu zamanın tələbi və texnologiyanın inkişafıdır”, - K.İmanəliyev qeyd edib. 

Onun sözlərinə görə, hazırki mərhələdə ölkənin belə imkanı yoxdur, latın əlifbasına keçid üçün maddi vəsait də çatışmır, bu, yalnız 15-20 il sonra baş tuta bilər. 

Xatırladaq ki, daha öncə Qazaxıstan gələn ildən latın əlifbasına keçid barədə bəyanat verib. 

Xudaferin.eu

18:48