Qırğızıstan Prezidenti hökumətin yeni tərkibini təsdiq edib

 

Azərbaycandan fərqli yeni baş nazir Sapar İsakov 40 yaşı bu yaxınlarda tamam olacaq
 

Qırğızıstan Prezidenti Almazbek Atambayev Joqorku Keneşin növbədənkənar iclasında hökumətin bəyənilən tərkibini təsdiq edib. Dövlət başçısının Fərmanı ilə Tolkunbek Abdıqulov Baş nazirin birinci müavini, Temir Cunakadırov, Duyşenbek Zilaliev və Çolpon Sultanbekova müavinləri təyin ediliblər. Yeni kabinetdə Nurxanbek Momunaliev nazir ranqında Hökumət Aparatının rəhbəri, Erlan Abdıldaev xarici işlər, Ulan İsrailov daxili işlər, Uran Axmetov ədliyyə, Adılbek Kasımaliev maliyyə, Artyom Novikov iqtisadiyyat, Nurbek Muraşev kənd təsərrüfatı, yeyinti sənayesi və meliorasiya, Jamşitbek Kalilov nəqliyyat və yollar, Kubatbek Boronov fövqəladə hallar, Qulmira Kudayberdieva təhsil və elm, Talantbek Batıraliev səhiyyə, Tuqelbay Kazakov mədəniyyət, informasiya və turizm, Taalaykul İsakunova əmək və sosial inkişaf nazirləri vəzifələrini tutublar. Abdil Seqizbaev milli təhlükəsizlik, Ulanbek Rıskulov sənaye və energetika, Nurbek Abaskanov isə informasiya texnologiyaları və rabitə komitələrinin sədrləri təyin ediliblər. Qeyd edək ki, bundan əvvəl dövlət başçısı Almazbek Atambayev Sapar İsakovun ölkənin yeni Baş naziri təyin olunması ilə əlaqədar Fərman imzalamışdı.

Sapar İsakov Qırğızıstanın yeni Baş naziridir

 

Qırğızıstan parlamenti - Joqorku Keneşin növbədənkənar iclasında Sapar İsakov Qırğızıstanın Baş naziri vəzifəsinə təsdiq edilib. İclasda yeni hökumətin tərkibi və proqramı da bəyənilib. Sapar İsakov iclasdakı “40 addım gələcəyə” adlı proqram çıxışında Qırğızıstan iqtisadiyyatının inkişafı, sosial təminat, təhlükəsizlik və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlər haqqında məlumat verib. Joqorku Keneşin iclasından sonra Qırğızıstan Prezidenti Almazbek Atambayev Sapar İsakovun ölkənin Baş naziri təyin olunması ilə əlaqədar Fərman imzalayıb. Bundan əvvəl Sapar İsakov Qırğızıstan Prezidenti Aparatının rəhbəri vəzifəsində çalışıb. O, ölkənin tarixində ən gənc Baş nazir oldu. Bu il S.İsakovun 40 yaşı tamam olur.

 

Xudaferin.eu
Qırğızstan, “Bişkek Bürosu”

 

 

12:36