Qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına verilir

Azərbaycanda qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaqların bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur .

Xudaferin.eu-nun APA-ya istinadən məlumatına görə, bununla bağlı “Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur.

Mayın 1-də və 4-də keçiriləcək plenar iclaslardan birində müzakirəyə çıxarılacaq layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir.

Xudaferin.eu

13:23