Qazimiz Evləndi

Abbasla Günel evləndi... Allah xoşbaxt etsin bu gəncləri... Lakin bilmək istədiyim bir şey var... bu ilk mübarək düyünə prezident nə hədiyyə etdi? Baş nazir, qadın komitəsi sədri, müdafiə naziri, fövqəladə nazir və pulunu balta kəsməyənlər digərlər... bu fotoya baxanda ürəkləri əsdimi? Bu gənclərə nəsə... fərq etməz kiçik-böyük bir hədiyyə vermək, bu gənc ailəyə dəstək olmaq ürəklərindən keçdimi? Bəlkə ediblər mən bilmirəm. Ediblərsə topluma xəbər versinlər, yaxşı örnəklərə ehtiyacımız var...
Mehriban Vəzir
Xudaferin.eu

20:41