“Qazı gedib “Qaçqınkom”dan istəsinlər” - Əkbər Hacıyevdən açıqlama

 

“Qazı gedib “Qaçqınkom”dan istəsinlər” Məcburi köçkünlərin üzləşdiyi qaz problem ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin fikirlərini öyrənmək istədik. O, qısa açıqlama verərək məsələyə aydınlıq gətirdi

Onunla unikal.org-un əməkdaşı arasında olan qısa dialoqu olduğu kimi təqdim edirik:

-Salam Əkbər müəllim.

-Salam.

 

-Unikal.org saytından narahat edirik.

-Başa düşmürsünüz ki, mən mətbuata danışmıram?...

-Bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılıcaq? Planda varmı?

-Məcburi köçkünlər qazı gedib "Qaçqınkom”dan istəsin. Biz özbaşımıza qaz çəkmirik.

-Qazı "Qaçqınkom”çəkməlidir?

-Bəli sifarişçi onlardır.

 

Əkbər Hacıyev digər sualımızı dinləmədən telefonu söndürdü.

unikal.org

 

09:46