Qazaxstanda erməni isterikasının sonu

Beynəlxalq birliyi Qazaxstana qarşı “irqçi”lik damğası ilə ləkələmək üçün ermənilər bu dəfə bu ölkəni hədəf seçiblər. Vaxtilə Suriyanın, Livanın, İraqın və digər ölkələrin terror siyasətinə dəstək verməsi yönündə ermənilərin göstərdikləri çabalar artıq keçmişdə qalsa da, ermənilər bu ənənələrindən hələ də əl çəkmək istəmirlər. Qazaxstanın indiki məqamda hədəfə alınması, müxtəlif provakasiyalara cəlb edilməsi bu qardaş ölkənin beynəlxalq nüfuzuna zərbə vurulması kimi dəyərləndirənlər haqlı olduqlarını regional müstəvidə gedən inkişaf proseslərinin kölgəyə salınması kimi qeyd edirlər. Halbuki, Qazaxstan xalqlararası və dinlərarası ən tolerant dövlətlərdən biridir.

Stabil ölkədə dərin hədəflər

Qazaxstanın ümumi əhalisinin sayı 18 milyon 356 min nəfərdir. Əhalinin 67 faizini yerli qazaxlar, 15 faizini ruslar, 3.2 faizini özbəklər, 1.5 faizini ukrainlər, 1.5 faizini uyğurlar, 1.1 faizini tatarlar təşkil edirlər. Bununla yanaşı, Qazaxstanda Ahısqa Türkləri, noqaylar, azərbaycanlılar, dunqanlar, qaraçay-balkarlar, türkmənlər, qırğızlar, başkortlar, korelər,  çuvaşlar,  kumıklar, almanlar və digər xalqlar bu ölkənin etnik mənzərəsində yer alırlar. Qeyd edək ki, 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra, Qazaxstana qarşı dəfələrlə etnik separatizm hədəflərini sərgiləyən çevrələr mövcud olmuşdur. Xüsusilə bu ölkənin şimal vilayətlərinin Rusiyaya birləşdirilməsi, cənub-şərq bölgələrinin Qırğızstana ilhaq edilməsi, cənub bölgələrinin Özbəkistana verilməsi kimi təşəbbüslər sonda iflasa uğramışdır. Çünki, BMT-nin və digər beynəlxalq birliyin mövcud sərhədlərin hər hansı provakativ şərtlərlə dəyişdirilməsi qarşı çıxması Qazaxstanın xeyrinə həll olunmuşdur. Digər yandan Qazaxstan dövləti mümkün qədər ölkədə yaşayan xalqların və mövcud dinlərin hüquqlarını qorumaqla tolerant mövqeyi ilə seçilən ölkə kimi imic qazanmışdır. Təbii olaraq, Qazaxstanda dövlət dilinin qazax dilinin olması yerli idarəetmədə xüsusi rol oynayır. Genetik və etnososial baxımdan postsovet məkanında yerli dillərə qısqanclıqla yanaşılması, hətta xor baxılması kimi sterotiplər qaldıqca xoşa gəlməyən hadisələr də baş veriri. Belə ki, 1991-1997-ci illərdə Türkmənistanda dövlət dilinin türkmən dili olması ilə razılaşmayan bəzi xalqlar hətta bu ölkəni irqçilikdə suçlamağa cəhd etdilər. Sonucda 115 min erməni əhalisi Ermənistana, Rusiyaya və Ukraynaya köçüb getmək zorunda qaldılar. Çünki, ermənilər türkmən dilində yazıb-oxumaq istəmirdilər. Dövlət dilində tələb olunan sənədlərlə işləməyə həvəsli deyildilər. Gürcüstan, Moldova, Estoniya, Latviya, Litva, Qırğızstan və Özbəkistan da bu ağrılı prosesləri yaşamaq zorunda qalıblar. Üzdə “ruslar” və “rusdilli əhali” görüntüsü yaradaraq hətta Rusiya Federasiyasını provakativ tədbirlərə cəlb etmək kimi təşəbbüslər xalqlararası münasibətlərdə bəzən dərin çatların yaranmasına səbəb olub. Ermənistanda bu gün Qərb yönümlü siyasi gücün iqtidara gəlməsindən sonra, 300 illik Rusiya siyasətinin əlaltısı olan ermənilər bu gün çaşqınlıq içindədirlər. Onlar əziyyət çəkmədən Rusiyaya miqrasiya etmək, bu ölkədə veriləcək imkanlardan yararlanmaq üçün provakativ oyunlardan yararlanmağı tərcih ediblər. Bolqarıstan, Azərbaycan, Gürcüstan, Suriya, Ukrayna, Özbəkistan və Türkmənistanla bağlı miqrant məsələsində məhz bu taktikadan istifadə ediblər.

Karaqandada “Qədim Roma” xarabalığı

Kimsəyə sirr deyil ki, Qazaxstanın Karaqanda və Çuy vadiləri hər zaman Rusiyanın sürgün məskəni kimi dəyərləndirilib. Çarlıq Rusiyası və Sovet Rusiyası dönəmlərində bu sürgün siyasətinin nəticəsində yerli inzibati idarəetmə siyasətini isə erməni məmurlar həyata keçiriblər. Bu gün Sovetlər Birliyi dağıldıqdan sonra, həmin bölgələrdə ermənilər ən üstün səviyyədə biznes sektoruna nəzarət etmək missiyasını həyata keçirirlər. Ənənəvi olaraq, ermənilər özlərini yerli qazax xalqından hər sahədə üstün göstərmək üçün daim aşağılayıcı, hətta təhqiedici siyasət yürütməkdən belə, çəkinməyiblər. Ona görə də günlərin birində qazax xalqının səbrinin daşacağı günü hesaba almamışdılar.
Karaqanda şəhərində ermənilərə məxsus “Qədim Roma” restoranında baş verən olay da məhz bu psixoloji amildən qaynaqlanır. Olayla bağlı tutuqlanan Torq Malxasyan, Soxak Malxasyan və cinayət axtarışında olan Narek Qururyanın əməllərindəki cinayət tərkibinin əsas motivi isə, qazax xalqını təhqir etmək və aşağılayıcı hərəkətlərindki əməllərinin olması istintaq tərəfindən də təsdiq olunubdur. Karaqanda vilayətinin baş prokuroru Marat Seksembaev bildirib ki, ermənilərin provakativ hərəkətlərində yetərincə cinayət tərkibi vardır.
Qazaxstanın siyasi şərhçilərinin qeydlərində bu olayla bağlı üstüörtülü olsa da, bildirilir ki, 2018-ci ilin yekunu kimi, ölkə prezidenti Nursultan Nazarbayev 2020-2021-ci illərdə yeni prezident seçkilərinin keçiriləcəyini vurğulayıbdır. “Karaqanda olayları” çərçivəsində ermənilərin belə bir provakativ hərəkətləri əslində beynəlxalq müstəvidə Qazaxstanın bir dövlət olaraq nüfuzuna xələl gətirilməsi ideyasına xidmət edir. Çünki, “soyuq savaş” və ya “soyuq duş” strateji hədəflərində Qazaxstanın Orta Asiya, Türk Dünyası və Yaxın Şərq aləmindəki nüfuzunu aşağılamaq, hörmətdən salmaq, bu ölkənin irqçi rejimə bağlı bir düzəndə olması kimi hədəflərin məkrli tərəfləri də göz önündədir. Bir sözlə “Qədim Roma”nın aqibətində yer alan xarabalıq siyasətin ermənilərin əsas hədəflərindən biridir.

Rusiya suçlu deyil

Qazaxstanın Karaqanda vilayətində “erməni-qazax qarşıdurması”nın arxasında Rusiyanın durduğunu irəli sürənlər əslində yalnışlıqlara yol verirlər. 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində baş vermiş olayların ermənilər tərəfindən öncədən planlaşdırdıqları göz önündədir. Ona görə də “Sumqayıt olayları”nı bəhanə edərək 400 mindən çox erməni çox asanlıqla Rusiyada məskunlaşa bildilər. Qazaxstanla bağlı bu provakativ ssenarini gündəmə gətirməklə, əslində ermənilərin kütləvi şəkildə Rusiyaya köç dalğasının hüquqi bazasının yaradılması ideyası gün kimi aydındır. Ermənilərə aid strateji araşdırma mərkəzlərinin proqnozlarına görə, 2020-2025-ci illərdə Özbəkistan və Qazaxstan tamamilə milli dildə idarəetmə düzəninə keçəcəklər. Bu da, öz növbəsində ermənilərin Qazaxstan və Özbəkistan qanunlarının şərtləri daxilində yaşamağa məcbur olunması deməkdir. Halbuki, “rusdilli əhali” siyasəti altında ermənilər keçmiş Sovetlər Birliyinin, həm də bu günkü Rusiya Federasiyasının adından “spekulyativ” oyunları əsas tutaraq, Orta Asiya dövlətlərinin sərvətlərini talamaq siyasətini yürüdüblər. Bu gün durum tamamilə fərqlidir. Qazaxstan bir dövlət olaraq öz sərvətlərinə sahib çıxmaqla hər hansı əcnəbi talantçılığa yol verilməsinin əleyhinədir. 1920-ci ildən bu yana ermənilər daim Qazaxstanda istər dövlət strukturları, istərsə də cinayət aləminin cinayət qanunları ilə yerli xalqlara qarşı zülmlər törədiblər. Bu gerçəkliklərin astar üzü ortaya çıxdıqca təbii olaraq, bir daha belə olayların baş verməməsi üçün qazax xalqı və dövləti milli iradəni irəli sürməkdədir.

İrəvanın provakasiyası və özünü ifşa

Qazaxstanın Karaqanda vilayətində ermənilərin cinayət əməllərini pərdələmək üçün başda Ermənistan olmaqla, bütün erməni təbliğat şəbəkələri Azərbaycan dövlətinin bu olayı alovlandırdığı qeyd olunur. Bir sözlə ermənilər məkrli niyyətlərini özgə siyasətlərə pərçimləyəmə çalışırlar. Ermənistan parlamentinin deputatı Edmon Marukyan çıxış edərək bildirib ki: “Qazaxstandakı antierməni aksiyalar və mitinqlərin əsas təşkilatçısı Azərbaycan Respublikasıdır”. Halbuki, onun əlində hər hansı bir istintaq sənədinin olmaması, olayların arxa baxçasında nə kimi hədəflərin durması onun özünə də gün kimi aydındır.
Erməni təbliğat maşını: “Qazaxstanda etnik milliyyətçilik siyasəti artıq irqçilik həddinə çatıb. Qazax milliyyətçiləri sadəcə antirus mövqeləri ilə deyil, həm də Rusiyanın strateji müttəfiqi olan erməni xalqına qarşı qəddarcasına davranır” tipli mövzularını gündəmə gətirməkdədir. Çünki, erməni işadamlarının gəlir mənbələrindən biri də “media-maqnat” düzənində yer almaqdır. Halbuki, Qazaxstan dünyanın ən tolerant ölkələrindən biridir.
Qazaxstanı, Özbəkistanı, Türkmənistanı və Qırğızstanı daim aşağılayan və həqarətlər yağdıran erməni təbliğat maşınıdır. Buna örnək kimi, uzun illər “Mosfilm”də Orta Asiya üzrə instruktorlar erməni məmurlar olublar. Onların təsdiq etdikləri mövzulara  çoxsaylı bədii filmlər çəkilibdir. Beləliklə də Orta Asiya xalqlarını hər zaman aşağılayan güclü təbliğat sistemi mövcud olubdur. Bu günün özündə “Mosfilm”in baş direktoru erməni mənşəli Karen Şahnəzərovun olması tarixi ənənələrdən qaynaqlanır.  
İrəvanda nəşr olunan “168 saat” qəzetində ədəbiyyatşünas alim David Qasparyan açıqlama verərək bildirib ki: “Qazaxstanda 119 millətin münayəndəsi yaşayır. Təkcə erməni xalqına bu ölkədə nifrət vardır. Ona görə də, Orta Asiyadan bütün ermənilər dərhal Ermənistana köçməlidirlər”.
Qazaxstandakı yerli müşahidəçilərin sözlərinə görə, “Karaqanda olayları”ndan sonra güc strukturları ermənilərə məxsus bütün obyektləri nəzarətə alıblar. O da bəllidir ki, ermənilər Qazaxstanda geniş miqyasda ticarət şəbəkələrinə və maliyyə strukturlarına nəzarət edirdilər. Bu gün qazax xalqı onun var-dövləti hesabına zənginləşməklə yanaşı, həm də onun istismar olunmasına əsla qəbul etmir. Ona görə də, bu haqsızlıqlara göz yummaq istəməyən qazax xalqı ermənilərin talançı siyasətinin qarşısını almağa çalışır. 

Xudaferin.eu

15:51