Qazaxıstanda "Türk kinosu ilə görüş" günləri başlayıb

Türk Dünyasında tanınmış Köroğlu, Manas dastanı və yaxud da Göytürk kimi abidələrlə əlaqəli ortaq ssenari yazıla bilər. Dövlət başçısının baş müşaviri Yalçın Topçu Türk dünyasındakı filmlərin bir-birlərinin şəhərlərində tamaşaya qoyulmasının Türk xalqlarının bir-birlərinin həyatlarını öyrənməsinə amil olacağını söyləyib.

Mədəniyyət və Turizm Nazirliyi və Yerli Düşüncə Dərnəyi tərəfindən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyənin Astana Səfirliyi, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən Türk Filmləri həftəsi paytaxt Astanada start alıb. Yalçın Topçu da tədbirin açılış mərasimində iştirak edərək çıxış edib. O deyib ki, Türk dünyasında tanınmış Köroğlu, Manas dastanı və yaxud da Göytürk kimi abidələrlə əlaqəli ortaq ssenari yazıla bilər.
Dekabrın 22-dək davam edəcək “Türk filmləri həftəsi”ndə 2017-ci il üçün “OSCAR” mükafatına namizəd göstərilən “Kalandar Soğuğu”, “Ərtuğrul”, “Üçgöl, “Unutursam Fısılda”, “Patron Mutlu Son İstiyor” filmləri tamaşaya qoyulacaq.

Xudaferin.eu

11:52