Qazaxıstanda Dədə Qorqud Festivalı

 

TÜRKSOY ilə Qazaxıstanın Kızılorda valiliyinin birgə təşkilatçılığı əsasında Kızılorda şəhərində Dördüncü Qorqud və Böyük Bozkır beynəlxalq musiqi festivalı təşkil olunub.

Festivalda Azərbaycan, Türkiyə, Tatarstan, Başkortstan, Çuvaşstan, Saxa, Tuva, Xakasiya, Doğu Türküstan, İngiltərə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və digər ölkələri təmsil edən səksənə yaxın elm adamı, folklor araşdırmaçısı və sənətçi iştirak edib. Türkdilli xalqların milli musiqi alətlərinin ifasında rəngarəng proqramlar təşkil olunub.

Rəsmi açılışda TÜRKSOY-un baş katibi Düsen Kaseinov Dədə Qorqud şəxsiyyətinin Türk xalqlarının formalaşmasındakı tarixi rolundan bəhs edib. O qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanı şifahi və yazılı xalq ədəbiyyatımızda əsas sütunudur.

Xudaferin.eu
Qazaxstan, “Astana Bürosu”

09:24