Qardaşını tanımaq üçün ona yol yoldaşı ol

EL ARASINDA BELƏ MƏSƏL VAR: QARDAŞIN NƏ TƏHƏR ADAMDIR, CAVABI YOL YOLDAŞI OLMAMIŞAM.

  Yazımı xalqımızın belə sözləri ilə başlamağım, insanlarımızın necə böyük, müdrik olması hər bir deyimin elə belə deyilməməsi, mənim Türkiyəyə etdiyim səfər zamanı da təsdiqini  tapdı.
Moskva vilayəti regional MM qurumun sədri Elşən İbrahimovdan Türkiyəyə birgə səfər dəvətini alanda çox sevindim. Ortaya bəzi əngəllər çıxsa da, Türkiyəyə birgə səfər etməyi qəti qərara aldım. Səfərdə məqsəd Azərbaycan,Türkiyə, Rusiya ələqələrinin möhkəmlənməsinə bir töhfə vermək, həm də insanlarımızla yaxından görüşüb danışmaq idi. Bir çox insanlarımızla tədbirlərdən tanış idim, amma necə adam olduqlarını, içlərində hansı fikirlər yaşatdıqlarını bilmirdim. Aramızda çox maraqlı, dərin bilikli insanlar var idi .Onlarla görüşdə, fikir mübadiləsi zamanı çox məsələrə toxunduq və hətta böyük mübahisələrə səbəb olan mövzular haqqında fikir mübadiləsi etdik. Daxili və xarici məsələrdə,Türk Dünyası ilə yaxılaşma və onun yolları haqqında olan çox məsələrdə fikrimiz üst-üstə düşdü. Rusiya, Türkiyə, Azərbaycan üçlüyü arasında olan tarixi bağlardan danışdıq və keçmişimizdə necə oduğunu müzakirə etdik. Türk xalqlarının həmişə Rus xalqı ilə yaxşı münasibətdə olduğundan, onların inancına hörmət etdiyindən danışdıq. Son 200 ildən artıq tarixdə bəzi xarici qüvvələrin bu tarixi bağları qoparmaq üçün etdikləri düşmənçilik əməllərindən danışdıq. Xarici qüvvələrin Türk, Rusiya qarşıdurması yaradıb və bunun böyük müharibələrə səbəb olmasından,bundan xarici qüvvələrin yararlanmasından danışdıq. İndiki zamanda bu məsələlərin aradan götürülməsi dostluq, qarşılıqlı fayda, keçmiş tarixə dayanan dərin mədəni əlaqələrin daha da inkişaf etdirilməsi haqqıda fikir mübadiləsi etdik. Bu əlaqələri strateji tərəfdaşlığa yönəlməsinin hər üç dövlətin maraqlarına cavab verməsinin vacibliyindən danışdıq.
Bu məsələlərdə aramızda elə də fikir ayrılığı olmamaması nəzərə çatırdı.
Ən çox fikir ayrılığımız vicdanı və mənəvi məsələlərdə idi ki, bu da hesab edirəm ki, kənar qüvvələrin təsirindən idi.
 Bu çox aydın idi ki, birlikdə olduğum insanlar çox səmimi, mehriban, qayğıkeş xalqımızın heç bir məsələsinə biganə deyildilər. Bir yerdə olduğum bu insanlardan çox yaxşı enerji aldım və unudulmayacaq təəssüratlarla qayıtdım. Əsasən ağsaqqalımız olan Tapdıq müəllimin sağlam həyat tərzi, diqqətimi cəlb elədi. Bununla yanaşı çölçülükdə tanıdığım Tahir müəllimin həqiqi ağsaqqalığının sözdə yox işdə olduğunu gördüm. Səmimi insan ağsaqqalımız Sultan müəllim də heç kimdən geri qalan deyildi. Birlikdə olduğum bu insanlar sağlam həyat tərzi, yəni Elşən müəllimin səhər tezdən saat yeddidə bizi dənizdə üzməyə dəvət etməsi çox ürək açan idi. İbrahim Xəlul bəyin dərin Türkçülük tarixi haqqındakı söhbətləri yadda qalan idi. Bu səfərdən çox yaxşı təəssüratlarla qayıtdım və orada mənimlə olan insanlara çox təşəkkür edirəm. Belə görüşlərin, səfərlərin davamlı olmasını arzu edirəm.

Gündüz Musayev
Xüsusi olaraq Xudaferin.eu üçün

16:20