Qarabağla bağlı mühüm görüş - FOTO

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə edilir.

 

Görüşdə həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir

sonxeber.az

17:18