“Qarabağa məktub” şeirini yazan Karakoç kimdir?

Xocalı soyqırımından sonra "Qarabağa məktub” adlı çox təsirli şeir yazan Türk dünyasının nəhəng şairlərindən olan Abdurrahim Karakoçun şeirdə səsləndirdiyi və şeirin leytmotivinə çevrilən bu fikirlər türk dünyasının ortaq dərdlərini ifadə edir. Bahtına ağlayan Azeri kızı Sen Karabağ dersin, ben karayazı Boşlukta çırpınır Türk’ün avazı Sanma ki dertlerin azı bizdedir Sizdeki yaranın özü bizdedir Xocalı soyqırımının ildönümündə bu şeirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən səslənməsi şeirə və şairə olan marağı artırmaya bilməzdi. Türkiyə Prezidentinin Abdurrahim Karakoç Abi deyə müraciət etdiyi bu parlaq şəxsiyyət kimdir? Abdurrahim Karakoç şəxsiyyətinin bütövlüyü yaratdığı poeziya nümunələrinin məna çalarlarına, poetik semantikasına, mövzu zənginliyinə görə Türk dünyasında maraq doğuran şəxslərdən biridir. Şeirlərinin ana xəttini türkçülük və islam mövzusu təşkil edir. Onun şəxsiyyətini xarakterizə etmək üçün təkcə bir fakta diqqəti çəkmək olar. Həyatı boyu heç kimi öyməyi sevməyən şair yalnız yaradıcılığı dövründə yalnız bir nəfərib - Çeçenistanın əfsanəvi lideri Cövhər Dudayevin şəxsiyyətini öymüşdür. Çeçenstanın milli lideri Dudayevin ölümünə həsr etdiyi şeirdə "Hüriyyətə könül vermiş aslandır” deyə Cövhər Dudayevə müraciət etmişdir. Abdurrahim Karakoç rəsmi bioqrafiyası belədir. 7 aprel 1932-ci il tarixdə Türkiyənin Qəhrəmanmaraş vilayətinin Ekinözü (Cela) kəndində dünyaya gəlmişdir. Babası, atası, qardaşları şair olduğu üçün kiçik yaşlarından şeirə maraq göstərmişdir. İki kitab həcmində ilk şeirlərini bəyənmədiyi üçün yandırmışdır. 1958 ildən etibarən yazdıqları şeirlərini "Həsənə məktublar” adı ilə toplamış, 1964-ci ildə 10.000 tirajla nəşr olunmuşdur. "FEDAİ” nəşrniyyatda çap olunan kitab ən kısa zamanda geniş şöhrət qazandığından 2 dəfə yenidən 10 min tirajla cap edilmişdir. 1958-1981-ci illər ərzində yaşadığı qəsəbənin bələdiyyəsində mühasib kimi fəaliyyət göstərmişdir. Serdengeçti, Töre-Devlet, Ocak, Yeni Düşünce, Yenisey, Alperen nəşriyyatları tərəfindən 12 şeir, həmçinin məqalələr toplusundan ibarət bir kitabı çap olunmuşdur. 1985-ci ildən sonra jurnalistika ilə məşğul olmağa başlamışdır. Kısa bir arada siyasətə qoşulan şair bunun səbəbini belə izah edib: "Allah rızası üçün girmişdim, Allah rızası üçün də ayrıldım!” 30 ilə yaxın bir müddətdə həddindən artıq sevilən şair kitaplarının çapına görə hər kəsi geridə qoymuşdur. Xüsusi ilə "Vur Emri” adlı kitabı heç bir şairə nəsib olmayan səviyyədə populyarlıq və sevgi qazanmışdır. Həyatı və yaradıcılığı ilə böyük bir örnək qoyan Abdurrahim Karakoç doğulduğu gündə 7 aprel 2012-ci il tarixdə dünyasını dəyişmişdir. Öz dilində tərcümeyi-halını həyacansız oxumaq mümkün deyil. "Əbədi qudrətin tək sahibindən alınan əmr üzrə dünyaya gəlmişəm. Uşaqlığım kasıblıqla, imkansızlıqla keçsə də hələ də o günlərin həsrətini çəkirəm. Bəlkə də çox insanlara o illərdən danışsam "Həsrət çəkiləcək nəyi var?” deyə bilərlər, amma mən uşaqlıq illərimi çox sevdim. Şeir yazmağa kiçik yaşlarımda başladım. Zatən bizim yerlərdə hər gənç şeir yazardı. Bəzən bu tutku başqa bir məşğuliyyətin olmamasından kaynaklandığını da düşünürəm. Mən də boşluğumu şeirlə doldurmağa çalışdım. Mənimlə şer yazmağa başlayan insanların əksəriyyəti köməksizlikdən imkansızlıqdan batıb getdilər. Mənə gəlincə, sağ olsunlar, iqtidarların və muxalifətin irimiqyaslı siyasətçiləri, ixtilal xuntaçıları, , cübbeli "alimlər” peliler, intellektual zübbəlilər, millî soyğunçular, elitar parazitlər, sərmayə sülükleri, zulüm-işgəncə istehsalçıları, ədaləti öldürən hüquqçular, dalkavuklar, üçkağıtçılar v.s. həmişə mənə yardımçı oldular. Şeir malzememi verən onlar, öfkemi bileyen onlar oldular. Kömək etdiklərini inkar etmirəm, fəqət təşəkkür də etmirəm. Dinsizlərin deyil, din düşmənlərinin, yəni İslam düşmanlarının da köməyi az olmadı. Bir mənada dini duyğularımın qüvvətlənməsinə vəsilə oldular. Ən uyğun zamanda yaşadığıma inanıram. Köməkçilərim var olduqları sürəcə yazmağa davam edəcəm. Allah qismət edərsə”. Şairdən yadigar qalan çox maraqlı fikirlər var. Bu fikirlərdən biri də başqalarının kölgəsində gizlənən insanlara münasibətdə dediyi "Kölgədə olanın kölgəsi olmaz” fikridir. Şairim ən məhşur şeirlərindən biri də Qarabağa həsr olunub: Karabağ'a Mektup Bahtına ağlayan Azeri kızı Sen Karabağ dersin, ben karayazı Boşlukta çırpınır Türk’ün avazı Sanma ki dertlerin azı bizdedir Sizdeki yaranın özü bizdedir. ‘Gel gardaş’ diyorsun gelecek yol yok Şehitler kabrine koyacak gül yok Çilesiz saat yok, kavgasız yıl yok Kurşunlar sizdedir, sızı bizdedir Sizdeki yaranın özü bizdedir. Türkmen’e mi, Kırgız’a mı yanmadım Tatar’a mı, Çerkez’e mi yanmadım İmdat diyen bir söze mi yanmadım Uygur’un,Özbek’in gözü bizdedir Sizdeki yaranın özü bizdedir. Müslüman, Türk olmak suçumuz bizim Öfkeyle doludur içimiz bizim Bir günde ağarır saçımız bizim Yüz iki belanın yüzü bizdedir Sizdeki yaranın özü bizdedir Kendimizden koptu kendi bağrımız Zulüm girdabında yandı bağrımız Hedef tahtasına döndü bağrımız Alevler sizdeyse közü bizdedir Sizdeki yaranın özü bizdedir. Komünizm sağırdı, demokrasi kör Batıdan beslenir her türlü terör Haçlı mumyaları uyandı bak gör Kaç asrın silinmez izi bizdedir Sizdeki yaranın özü bizdedir. Birleşmiş milletler benzedi sirk'e Sadistler musallat edildi şarka İsrail Arap’a, Ermeni Türk’e Kısmet bazı sizde, bazı bizdedir Sizdeki yaranın özü bizdedir. Yeni bir oyun var burada şimdi Üçüncü piyonda sırada şimdi Mitterand, Bush, Yeltsin nerede şimdi Katilin, kalleşin pozu bizdedir Sizdeki yaranın özü bizdedir. Böyle geldi, böyle gitmez bu oyun Zalimleri iflah etmez bu oyun Umdukları gibi bitmez bu oyun Mazlumun ekmeği, tuzu bizdedir Sizdeki yaranın özü bizdedir. Müslüman’ız, Türk’üz haktan yanayız Adaletle süt emziren anayız Aşk harcıyla vücut bulmuş binayız Âti bizde saklı, mâzi bizdedir Sevginin, şefkatin özü bizdedir.

Səməd Vəkilov

Xudaferin.eu

 

 

10:41