Qarabağ Zəfərinin bölgədə yaratdığı yeni situasiya - Prezidentin mesajları, apardığı siyasət və ...

SSRİ dağıldıqdan sonra ilk dəfədir ki, bölgə üçün belə bir mühüm əməkdaşlıq və tərəfdaşlıq imkanları açılır

Çox şərəfli bir tarixi dönəmin şahidləriyik. Qarabağımızın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla, bütövlükdə dövlətimizin, xalqımızın xoşbəxtliyi deməkdir. Digər tərəfdən bizlər həm də ona görə xoşbəxtik ki, bu tarixi hadisəni şəxsən izlədik, gördük, yaşadıq və yaşayırıq...
Ötən il bu vaxtlar Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” deməsi bütün dünya mediasında müzakirə olunurdu. Bu gün isə bütün dünya Qarabağın işğaldan azad edilərək, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin, ildırımsürətli müharibənin detallarını heyrətlə incələyir. İkinci Qarabağ savaşı dünyanın hərb tarixində məxsusi yerini də alıb.
Bu gün isə Azərbaycan üçün müharibə geridə qalıb. İndi biz daha çox Qarabağın bərpası, abadlaşması və erməni vandalizminin nəticələrinin aradan qaldırılması ilə məşğuluq.
Prezident İlham Əliyev üçün bir nömrəli məsələ təbii ki, Qarabağın yenidən qurulması məsələsidir. Xüsusi həssaslıqla yanaşır bu prosesə Ali Baş Komandan.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı Ali Baş Komandanın verdiyi açıqlamalar, səsləndirdiyi fikirlər növbəti dəfə diqqətləri cəlb edir.

Söhbət həm də Laçından gedirsə, öncə bir məqama diqqət yetirək:

Biz Qələbəmizi döyüş meydanında qazandıq. 44 günlük savaşda erməni ordusu darmadağın edildi, Cəbrayılı, Füzulini, Qubadlını, Zəngilanı, Şuşanı, Hadrutu, Xocavəndin, Laçının, Kəlbəcərin bir hissəsi, Suqovuşan və digər əraziləri, strateji yüksəklikləri müharibə yolu ilə geri aldıq. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçını, Kəlbəcəri, Ağdam rayonlarını döyüşsüz tamamı ilə qaytarmağa məcbur oldu.

Prezidentin səfər etdiyi Laçın rayonunun cənub hissəsi 44 günlük savaşda hərbi əməliyyatlar nəticəsində azad edilib. Səfiyan və Türklər kəndlərinin azad edilməsi ilə Azərbaycan ordusu Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm əldə etmişdi...
Prezident İlham Əliyevin özünün də qeyd etdiyi kimi, Ermənistanın və onun bəzi xarici havadarları yalnız beş rayonu Azərbaycana qaytarmaq, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilməsini, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın əbədi nəzarəti altında qalmasını istəyirdilər.
Azərbaycan Prezidenti isə milli maraqlardan çıxış edərək bu təklifləri rədd edib, Vətən müharibəsi modelini seçmiş, ölkəmizi addım- addım qələbəyə hazırlayıb və “dəmir yumruq əməliyyatı” ilə qələbəmizi təmin edib, düşmənin başını əzib...

347fd35f-be44-389d-a1f8-918b52c43210.jpg (333 KB)

Və bu gün azad olunmuş Qarabağımızın bərpası prosesi artıq başlayıb.

Azərbaycan Qarabağın bərpasına elə bir dönəmdə start verir ki, hazırda bütün dünya pandemiyanın törətdiyi maliyyə çətinliklərinin məngənəsindədir. Dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü onu göstərir ki, dövlətimiz kifayət qədər güclüdür, qüdrətlidir, pandemiya nə qədər ziyan vursa da, bizi zəif düşürə, Qarabağ, inkişaf planlarımıza maneə törədə bilməz. Təbii, bu, İlham Əliyevin uzun illərdən bəri apardığı düşünülmüş siyasətinin nəticəsidir. Bəziləri ötənlərdə müəyyən prosesləri təndiq edirdilər ki, filan addım, filan qərar, filan iqtisadi tədbirlər, dünyanın filan qurumları ilə əməkdaşlıq nəyə lazımdır və s. İndi görürsüzmü nə üçün lazım idi?!..

Azad olunmuş ərazilərimizin bərpası məsələsində incə və xüsusi məqam odur ki, dövlət başçısı Qarabağı müasir dünyanın ən gözəl, analoqu olmayan bir məkanına çevirməyə hədəflənib. Onun açıqlamaları və atdığı addımlar bunu deməyə əsas verir.
Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin ayrı-ayrılıqda, coğrafi relyefə və digər parametrlərə uyğun baş planları hazırlanır. Yəni heç bir ən kiçik iş belə plansız, kor-təbii, naşı şəkildə həyata keçirilə bilməz.

Prezident İlham Əliyev bunu dəfələrlə deyib: “Qarabağı cənnətə çevirəcəyik”. Bu, həm praktik, həm də fəlsəfi baxımdan çox dərin məna kəsb edir.

Vacib detallardan biri də odur ki, Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.
İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Bu, həm Qarabağ sakinlərinin rahat, firavan yaşayışını təmin etməklə yanaşı, turist bölgə kimi, dünyanın da nəzərlərini xüsusi cəlb edəcək.

Prezident İlham Əliyevin son Qarabağ səfərində də söylədiyi kimi, işğalçı rejim Azərbaycana qarşı ekoloji terror törədib. İşğal dövründə Tərtərçayda suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdı...
Hazırda Qarabağda ekoloji terrorun da nəticələri aradan qaldırılır.
1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun bərpasına start verilib.
Və bir məqam olduqca möhtəşəm mənzərə idi: Prezident son səfərində çaylara forel balığı körpələrini buraxırdı. Bu qədər gərginlikdə, bu qədər işlərin içərisində bu savab işlə də məşğuldur...

president_150221_44.jpg (105 KB)

Ən mühüm məsələlərdən biri də Qarabağda “Yaşıl enerji” zonası yaradılmasıdır. Prezidentin göstərişilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Qarabağda daha çox su, günəş, külək enerjisindən istifadə olunacaq.
Əlbəttə, hədəflərin hər biri ciddi şəkildə analiz edilib, düşünülüb və bütün bu prseslərin ideya müəllifi məhz İlham Əliyev özüdür. Cənnət Qarabağ onun “şah əsəri”dir axı...

Təbii, erməni vandalizminin ağır nəticələri var: bütün Qarabağı dağıdıblar, bir salamat oba qoymayıblar. Üstəlik, əraziləri vəhşicəsinə minalayıblar. Azərbaycan indi həm minatəmizləmə işini sürətlə aparır və paralel olaraq da quruculuq işlərini həyata keçirir.
Şuşaya Füzulidən yol çəkilir, Füzulidə aeroport tikilir.

Yolu.jpg (126 KB)

Elektrik təchizatı bütün azad olunmuş ərazilərdə icra olunur, Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib...

16133726664748527660_1000x669.jpg (50 KB)
Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür.

Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bu, həm də Azərbaycanın Naxçıvandan keçməklə Türkiyə ilə dəmir yolu əlaqəsinin təmini deməkdir...

Dövlət başçısının açıqlamalarından aydın olur ki, həyata keçirilən tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa edilsin, insanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunsun.

Bunun üçün bütün şərait yaradılır: Bütün infrastruktur layihələrinə start verilib, kənd təsərrüfatı, əkin-biçin prosesi də tənzimlənir. Əlbəttə, bunların nəticəsində qarşıya qoyulan məqsəd üzrə bitkiçilik, meyvəçilik, heyvandarlıq Qarabağda sürətlə inkişaf edəcək.
Eyni zamanda suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb.

423890538.jpg (41 KB)

Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər verilir.
                                                                             

                                                            ***

Ermənilər Qarabağda törətdikləri vandalizmə görə, əlbəttə ki, beynəlxalq məhkəmələrdə də cavab verəcəklər. Bu istiqamətdə hüquqi addımlar atılır. O qədər beyinsiz bir toplumdurlar ki, nəinki işğal dövründə, Ermənistanın kapitulyasiyadan sonrakı 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını - Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasını dağıdıb, avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıdıblar...
Prezident son Qarabağ səfərində bir ifadəsi ilə də diqqət çəkdi:
Sirr deyil ki, ermənilər Qarabağı işğal altında saxladığı vaxtlarda həm də qanunsuz məskunlaşdırma aparmışdılar, o adamları üçün guya evlər tikmişdilər. Prezident İlham Əliyev Qarabağda olarkən həmin evlərə baxdı və dedi ki, qanunsuz məskunlaşdırılan ermənilər üçün yaradılan şərait it damından fərqli olmayıb...

Ermənilər torpaqlarımızı işğal edib, orada it damında yaşayırdılar, it kimi kimi də qovuldular...

Burada müharibə dövründə prezidentin “onları Qarabağdan iti qovan kimi qovuruq” fikri də yada düşür... Torpaqlarımızı işğal edib, orada it damında yaşayırdılar, it kimi kimi də qovuldular...
Bəlkə də nə zamansa ermənilər ağıllanıb, insan kimi yaşamağa qərar verə bilsələr, bu səfalətdən qurtulduqları üçün Azərbaycana, Prezident İlham Əliyevə ömür boyu minnətdar olacaqlar...

Dövlət rəhbərinin verdiyi açıqlamalardan o da aydın olur ki, Qarabağda böyük layihələrin icrasına region dövlətləri, o cümlədən Azərbaycana dost olan bir sıra ölkələrin şirkətləri də cəlb olunmaqdadır.
Belələliklə, bütün baş verənləri, nəticələri, detalları incələyəndə Vətən Müharibəsinin, Qarabağ Qələbəsinin ortaya çıxardığı nəticə çox böyükdür və təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün tam yeni bir mərhələ, yeni bir inkişaf dönəmi başladır.
Ayrılıqda onu da qeyd etməliyik ki, Vətən müharibəsi ilə Qarabağ azad edildi, ölkəmizin ərazi bütövlüyünü bərpa olundu, bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş olundu, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalandı.

Burada bölgə üçün xüsusi əhəmiyyətli məqam isə həm də odur ki, dəmir yol infrastrukturun bərpası, yeni nəqliyyat layihələrindən bütün region dövlətləri ancaq böyük faydalar görəcək. Həmçinin, yeni mərhələ bölgəmizin uzunmüddətli inkişafını, sabitliyini təmin edilir və müharibə risklərini sıfıra endirir.

Habelə, Rusiyadan Ermənistana da dəmir yolu xətti açıla bilər. Ancaq bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Paralel olaraq Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranır. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı da mümkündür. Bundan başqa, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq.
Yeri gəlmişkın, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlanıb.
Vurğulamaq mütləqdir ki, qeyd edilən bu layihə Prezident İlham Əliyevin uzaqgörənliyi və iradəsi, Azərbaycan dövlətinin maliyyəsi ilə reallaşıb...

Qeyd edilənlərin fonunda faktiki olaraq, SSRİ dağıldıqdan sonra ilk dəfədir ki, bölgə üçün belə bir mühüm əməkdaşlıq və tərəfdaşlıq imkanları açılır. 

                                                       ***

Əlbəttə, bütün bu gerçəklikləri, reallıqları və perspektivləri ağlı kəsən hər kəs görür. Bircə Ermənistanda bəzi qüvvələr hələ də normal yaşayışa can atmadıqlarını nümayiş etdirirlər.

Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar.
Prezident İlham Əliyev Qarabağa son səfərində bununla bağlı Ermənistana sərt xəbərdarlıq etdi: “Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”!

Bunu ermənilər anlamayacaqlarsa, daha da bədbəxt bir xalqa, ölkəyə çevriləcəklər. Əslində, onların optimal çıxış yolu bütün murdar əməllərdən əl çəkməkdir. Normal qonşuluq etməlidirlər. Ermənistanın bir dövlət kimi məhvdən qurtarmağı düşünməlidirlər ki, bunun da yolu Azərbaycana qarşı təxribatlardan əl çəkməkdir. Bölgənin lider dövləti olan Azərbaycanla hesablaşmadan heç bir layihəyə qoşula, bataqlıqdan, dalandan, səfalətdən çıxa bilməzlər. Qarabağda yaşayacaq, Azərbaycan vətəndaşı olan ermənilərə isə fitva verib, onların da həyatını qaraltmamalıdırlar. Qarabağ erməniləri özlərini normal, Azərbaycan vətəndaşı adına layiq aparmağa çalışsalar, səfalətdən qurtula, adam həyatı yaşaya bilərlər. Zatən, başqa variantları da mövcud deyil...

1 em.jpg (85 KB)

Elşad MƏMMƏDLİ

Mənbə musavat.com

Xudaferin.eu

10:35