"Qarabağ münaqişəsi regionun barıt çəlləyidir" - Prezidentliyə namizəd

 

Erməni əsilli fransızlar Dağlıq Qarabağdakı son vəziyyətdən çox narahatdır.

Bu barədə "Nouvelles Darmnie" nəşrinə müsahibəsində Fransanın sabiq baş naziri, prezidentliyə namizəd Fransua Fiyon bildirib. "Dağlıq Qarabağdakı vəziyyətdən mən də narahatam. 2016-ci ilin aprel ayında Cənubi Qafqaz yenidən alışdı. Münaqişə regionun barıt çəlləyidir. Hazırda BMT-nin köməyi ilə münaqişənin dinc və davamlı həllini tapmaqdan başqa seçim yoxdur."
Qeyd edək ki, Fransada yeni president seçkiləri ərəfəsində bu ölkədə yaşayan erməni vətəndaşlar namizədliyini irəli sürmüş liderləri çıxılmaz duruma salmaqla yanaşı və səs qazanmaları üçün onları belə bir dilemma ilə üz-üzə qoyub. Ona görə də, son günlərdə Fransada qondarma “Dağlıq Qarabağ” rejimi və erməni məsələsi yenidən gündəmə gəlib.

Xudaferin.eu
“Avropa Bürosu” 

06:22