“Qarabağ dünən, Qarabağ bu gün, Qarabağ sabah” filminin Gəncədə təqdimatı oldu

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, ARB24 telekanalının texniki dəstəyi ilə “Qarabağ dünən, Qarabağ bu gün, Qarabağ sabah” adlı layihə çərçivəsində çəkilən  qısametrajlı filmin ilk təqdimatı Gəncə şəhərində baş tututb. Qarabağ tarixinin müqayisəli təhlilinə həsr olunan, 3 ay müddətində ərsəyə gələn 30 dəqiqəlik qısametrajlı filmdə bir çox tanınmış şəxslərdən müsahibələr alınıb. Filmin  xarici ölkələrdə də təqdimatı nəzərdə tutulub. Bunun üçün türk, ingilis, rus dillərində altyazılı  xüsusi proqram da hazırlanıb.

Tədbiri giriş sözü ilə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açaraq qonaqları salamlayıb O, bildirib ki, bu gün ölkədə həyata keçirilən gənclər siyasəti həqiqətlərimizi dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmasına imkan verir.
Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin təbliğində İKT-nin rolundan, bu istiqamətdə Gəncədə həyata keçirilən tədbirlərdən, Gəncə gənclərinin fəallığından danışıb.
ARB24 telekanalının  baş direktoru, Qarabağ müharibəsi iştirakçısı, siyasi icmalçı Nadir Şəfiyev çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərdə medianın rolundan danışıb, belə filmlərin hazırlanmasının haqq mübarizəmizdə xüsusi rolu olduğunu qeyd edib. Sonda film izlənilib və filmin ərsəyə gəlməsində xüsusi xidmətləri olan ARB24 telekanalının əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.

Hicran Məmmədova
Gəncə

16:15