“Qara Yanvar”

“Qara Yanvar” — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarin 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

Qara Yanvar başlayanda kütləvi zorakılığın həyəcan doğuran əlamətləri artıq sezilirdi: hüquq-mühafizə orqanları tərəfindən müdafiəsiz qalmış ermənilər; Xalq Cəbhəsində mötədillərin radikallar tərəfindən sıxışdırılması; hakimiyyəti əlindən verən və yenidən özünə qaytarmağa can atan yerli partiya rəhbərliyi; Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına imkan verməmək üçün hər bir addıma hazır olan Moskva rəhbərliyi. Qarabağdan gələn xəbərlər vəziyyəti daha da gərginləşdirirdi. Yanvarın 9-da Ermənistan parlamenti Dağlıq Qarabağ öz büdcəsinə daxil etmək qərarına səs verdi və əlbəttə ki, bu addım azərbaycanlıları qəzəbləndirdi. Qarabağın şimalında - Xanlar və Şaumyan rayonlarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verdi, insanlar girov götürüldü, daxili qoşunlarm dörd əsgəri öldürüldü.

20 yanvarda Sovet qoşunlarının əməliyyat xəritəsi

Nəhayət, Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırdılar. Gecəyarı fövqəladə vəziyyət tətbiq olundu.[5] Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 7:30-da televiziya stansiyasınm enerji bloku partladıldıqdan televiziya yayımı kəsilmişdi. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-da Mirzə Xəzərin səsi ilə Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər. Lakin artıq çox gec idi. Gecəyarıdan çox keçməmiş əsgərlər və tanklar hərbi hissədən çıxıb şəhərə tərəf irəlilədilər. Şəhərə cənub tərəfdən daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə bildilər. Şimaldan gələn qoşunlar şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi. Tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarmı basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. Dinc sakinlərlə dolu avtobus gülləborana tutuldu, bir çox sərnişinlər, o cümlədən on üç yaşlı Larisa Məmmədova qətlə yetirildi.
SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə - Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-ci il yanvarın 20-də Azərbaycanı itirdi. 20 yanvar deputat istintaq komissiyasının məlumatına görə, Bakıda olan Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əsasən beş istiqamətdə hərəkət edirdi.
1990-cı il yanvarın 19-u gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilir. SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi ehtiyat edirdi ki, Bakıdakı əməliyyatlar zamanı Xəzər dənizindəki mülki Azərbaycan gəmiləri onlara mane ola bilər. 20 yanvar deputat istintaq komissiyasının məlumatlarında deyilir ki, 19-dan 20-nə keçən gecə təqribən 2 minə qədər erməni qaçqını Bakı limanından Krasnovodskiyə yola salınmalı idi. Yanvarın 20-si səhər isə Bakıda belə bir şayiə yayılmışdı ki, Sovet qoşunlarının işğalı nəticəsində öldürülən dinc sakinləri Xəzər dənizinə tökmək istəyirlər. Odur ki, yanvarın 20-i erməni qaçqınların yerləşdiyi gəmi Krasnovodskiyə doğru hərəkət etmək istəyərkən onların qarşısını mülki Azərbaycan gəmiləri kəsir. Bu aksiya təqribən iki saat çəkir. Gəmilər fasiləsiz fit səsləri ilə şəhəri lərzəyə salır. Sonradan bu aksiyada iştirak edən Azərbaycan gəmilərinin heyəti həbs edilir.

Bakıda Şəhidlər Xiyabanı, 1990-cı il

Yanvarın 20-nə keçən gecə 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü. Adamların xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmələri. İçərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli “İkarus” markalı marşrut avtobusu atəşə tutulmuşdur.

Müstəqillik

Bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Bütün Bakı əhalisi gecə qətlə yetirilənlərin kütləvi dəfn mərasiminə toplaşdı. Onlar şəhərin hündür hissəsində salınmış Şəhidlər Xiyabanında basdırılan ilk şəhidlər oldular. Kommunist partiyasının minlərlə üzvü öz partbiletlərini yandırdı, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova isə "hərbi canilərin" əməllərini pislədi. Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı. Hərbi müdaxilə Sovet İttifaqını bürüyən problemlərin öhdəsindən gələ bilməyən mərkəzin bacarıqsızhğını üzə çıxartdı. Fövqəladə vəziyyətin erməni basqınlanrın qarşısnı almaq üçün deyil, yalnız ermənilərin Bakını tamamilə tərk etdiklərindən sonra elan edilməsi hökumət orqanlanın tam mənəviyyatsızlığından və ya səriştəsizliyindən, ya da hər ikisindən xəbər verirdi. Xalq Cəbhəsinin meydan oxumasma hökumət orqanlanın öncə tərəddüdlü, sonra isə qəddar reaksiyası Sovet İttifaqmda bir neçə bir-birindən fərqli güc mərkəzlərinin mövcudluğunu meydana çıxartdı. Bu qruplaşmalarm hər birinin ayn-ayrı məqsədləri var idi, Qorbaçov isə onların arasında götür-qoy edirdi.

Şəhidlər Xiyabanı

Yanvarın 20-21-də xiyabanda məzarlar qazıldı. 120-dən artıq qəbir qazıb hazırlandı. Yanvarın 21-də Azərbaycan Ali Sovetinin iclası keçirildi. İclas çox gərgin şəraitdə, qızğın mübarizələrlə keçdi. İclasda Dəfn Komissiyasının üzvləri də çıxış etdilər. Dəfn Komissiyası aşağıdakı heyətdən ibarət komissiya üzvləri təşkil olundu: Qüdrət Əbdülsəlimzadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Rəhim Qasımov, İbrahim Əliyev, Nəriman Əliyev, İsmayıl İncəli,Malik Mehdiyev, Xalid Muxtarov. Qüdrət Əbdülsəlimzadə komissiyanın sədri seçilmişdi. Səhər saat 6.00-a qədər müzakirələr aparıldı. Saat 12.00-da şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından izdihamla paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər Xiyabanına gətirildi. Dəfn mərasimi 5 saat çəkdi. Yanvarın 22-də 51 nəfər dəfn olundu. Bunlardan 3 nəfəri 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi.[29] Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Onları İlhamla Fərizədən sonra dəfn etdilər. Hər üç məzarın üstündə 1918-ci il şəhidləri sözləri yazıldı. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların üstündə "Naməlum" sözü yazdılar. Qara Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı naməlum gənc var idi və o, ən sonda dəfn olundu.
Faciənin şərəfinə Bakıda keçmiş "XI Qızıl Ordu" metrosu 20 Yanvar metrostansiyası, Suvorov küçəsi "20 yanvar" küçəsi adlandırılmışdır. 20 yanvar — Ümumxalq Hüzn Günü olduğundan, hər il Azərbaycanın idarə, müəssisə və təşkilatlarında iş günü hesab edilmir və onun əvəzinə anım mərasimi keçirilir.

Xudaferin.eu

 

11:53