“Qan içində.İki od arasında” romanı İstanbulda

İstanbulda 35-ci beynəlxalq kitab sərgi-yarmarkası öz işinə başlayıb. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə sərgidə respublikamız da təmsil olunur. Sərginin ilk günü Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan Yusif Vəzir Çəmənzəminli “Qan içində. İki od arasında” kitabının təqdimat mərasimi keçirilib. Türkiyə türkcəsində hazırlanan kitab qardaş xalqın rəğbəti ilə qarşılanıb.

Məlumat üçün bildiririk ki, cari ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsinə başlanılıb. Azərbaycan kitabının, o cümlədən ədəbiyyatının təbliği və dünya oxucusunun sevimli klassiklərinə çevrilməsini hədəfləyən bu layihə çərçivəsində ilkin mərhələdə seçmə 10 əsərin Türkiyə türkcəsinə tərcüməsi, çapı və yayılması planlaşdırılmışdır.
Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində.İki od arasında” romanını Türkiyə türkcəsinə şair-yazıçı Yurtseven Şen çevirib. Romanın ardınca Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti Türkiyəli kitabsevərlərin ixtiyarına veriləcək.

Xudaferin.eu

 

14:04