Qafqaz Universiteti FETÖ-çü universitet elan olundu – Prokurorluq qərar verdi

İstanbul Respublika Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu FETO terror təşkilatı ilə əlaqəsi olan universitetlər barəsində iddianamə qəbul edib. Türkiyə mətbuatı bildirir k, iddianamədə Azərbaycandakı Qafqaz Universitetin də adı yer alıb. İddianamədə FETÖ/PDY  silahlı terror təşkilatının məqsədlərinə çatmaq üçün universitetlərdə təşkilatlanma işlərinə başladıqları qeyd olunub. Sənəddə bir çox ölkələrdə fəaliyyət göstərən 17 universitetin adı çəkilir. İddianamədə qeyd olunur ki, terror təşkilatı universitetlərdə oxuyan tələbələr xüsusi evlər və yataqxanalar təsis edib. Həmin tələbələrə bu evlər və yataqxanalarda tələbə qardaşları və bacıları tərəfindən təşkilati baxımdan təlimatlar verilib.

Qeyd olunur ki, universitetlərdə ali məktəblər, fakültə, orta məktəb imamlarına bağlı olan üzvlər təşkilati fəalliyyətlərini davam etdirirmişlər. Siyahıda ölkə xaricində fəaliyyət göstərən-Amerika İslam Universiteti və Beynəlxalq Virciniya Universiteti, Albaniya – Bədr Universiteti, Azərbaycan-Qafqaz Universiteti, Gürcüstan -Beynəlxalq Qara dəniz Universiteti, Qazaxıstan -Süleyman Dəmirəl Universiteti, Qırğızıstan -Atatürk-Alatoo Universiteti, Türkmənistan- Halkara Türkmən -türk Universiteti, Rumıniyanın Cənub-şərqi Avropa Lumina Universiteti, Bosniya-Herseqovina – Bürc Universiteti, İraq-İşıq Universitetinin adları keçir. İddianamədə şübhəlilərin hamısının terror təşkilatının gizli məlumat proqramı olan “ByLock”‘ proqramından istifadə etdikləri qeyd edilib.

Xudaferin.eu
 

11:43