Qadir İbrahimli: “Hökumətin sosial siyasəti ahılları sürətlə dilənçiyə çevirir”

 

Qadir İbrahimli: “Hökumətin sosial siyasəti ahılları sürətlə dilənçiyə çevirir”

“Həsən Əliyev (keçmiş İnqilab) küçəsindəki “Kontinental” marketi yəqin tanıyırsınız. Bilməyənlər üçün deyim ki, milyonerlərin marketi kimi tanınır. O marketdən heç orta təbəqə də istifadə etmir. Məsələn, orada arağın qiymətləri 80 manatdan başlayır”.

Bunları “feysbuk” səhifəsində iqtisadçı Qadir İbrahimli yazır: “Ahıllar acından ölməmək üçün sədəqə dilənəcəklər. Bu gün həmin marketin qabağından keçirdim. Təxminən 63-65 yaş arası bir kişi dayanmışdı. Kasıb görkəmi olsa da, görünüş və davranışından qətiyyən dilənçiyə oxşamırdı. Yanına çatanda yavaş və utancaq bir səslə çörək pulu istədi. Üzünə baxdım, rəngi aclıqdan ağarmışdı. Hökumətin sosial siyasəti ahılları sürətlə dilənçiyə çevirir. Pensiya yaşının 65-ə çatdırılması isə bu prosesi daha da sürətləndirəcək, ahıllar milyonerlərin tez-tez istifadə etdiyi marketlərin, restoranların qabağına axışıb acından ölməmək üçün sədəqə dilənəcəklər...”

Şamo
Hurriyyet.org

 

11:21