Qaçqınlar atəşə tutuldu - 40 nəfər öldü

Yəmən sahillərində mühacirləri daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 40 nəfər çatıb.

Metbuat.az-ın məlumatına görə, hadisə zamanı qayıqda 152 qaçqın olub. Digərlərinin taleyi barədə məlumat yoxdur. Onlar Somali və Efiopiya vətəndaşlarıdır. Nəqliyyat vasitəsi Yəməndən Cibuti istiqamətində hərəkət edirmiş.

 

Lakin qayıq Ədən sahillərində olarkən naməlum qüvvələr tərəfindən atəşə tutulub. Nəticədə qayıq batıb. Hücumun hansı qüvvələr tərəfindən təşkil olunduğu məlum deyil.

METBUAT.az

10:27