Qaçqın məktəblərinin "OŞ" pulu bəlası

 

Dərs ilinin başlamasına az qalıb. Valideyinlərin qayğısı övladlarına paltar, dərs ləvazimatı almaqdırsa, müəllimlərin də qayğısı "OŞ pulu"dur.
 

Bakı şəhərində yerləşən köçkün Ağdam məktəblərində işləyən bir qrup müəllim onlardan qanunsuz pul yığıldığı barədə məlumat veriblər. Müəllimlərin bildirdiyinə görə, hər il sentyabrda Ağdam məktəblərindən hər müəllimdən 50-100 manat arası "OŞ pulu" yığılır.

OŞ nədir? İldə iki dəfə təhsil müəssisələri ÜM (ümumməktəb) forması üzrə Təhsil Nazirliyinə hesabat verir. Hesabat yəni məktəb kontingentinin sayıdır. Sovetlər birliyi dövründə bu forma "OŞ" adlanırdı.  Müəllimlərin sözlərinə görə, bu hesabat pulsuz olduğu halda, yəni, bildiyimizə görə şəhər məktəblərində belə bir məsələ yoxdur, əgər varsa bu direktor və Təhsil Şöbələrinin gəlir mənbəyidir.

Müəllimlər qeyd edirlər ki, qaçqın məktəblərində isə xüsusən Ağdam məktəblərində bu daha biabırçı haldadır. 1 məktəbdə 70-80 müəllim işləyir və dərs ilinin əvvəlində o müəllimlərdən məktəb direktorları tərəfində 50-100 manat arası "OŞ pulu" tələb olunur. Bunun nə qədər böyük bir məbləğ olduğunu görməmək mümkün deyil. Müəllimlər bu pulu vermədiyi halda dərs saatlarının azaldılması ilə hədələndiyi qeyd edilir. Bu səbəbdən də, müəllimlər məcbur qalıb həmin pulu verirlər.

Ölkə.Az

22:47