Putinlə Trampın Türkiyənin bu ərazisinin işğalı haqda məxfi razılığı

ABŞ və Rusiya Suriyanın şimalında PYD-nin silahlı qanadı YPG-dən təşkil olunmuş Suriya Demokratiya Qüvvələri (SDQ) üzərində razılaşıb.

Bu iddia ilə Londonda fəaliyyət göstərən Səudiyyə Ərəbistanına yaxın "Şarkul Awast" qəzeti çıxış edib.

 

Qəzet yazır ki, ABŞ və SDQ arasında hərbi, siyasi və diplomatik sahədə anlaşma əldə olunub.

Anlaşmanın detalları:

1. SDQ-yə hərbi və diplomatik dəstəyin artırılması.
2. SDQ-nin nəzarət etdiyi bölgənin müdafiə olunması və nizamlı ordunun qurulması üçün hərbi təlimlərin keçirilməsi.
3. Daxili təhlükəsizliyi qorumaq məqsədilə SDQ-nin polis qüvvələrinin yaradılması.
4. İŞİD-dən alınan bölgələrdə yerli hakimiyyətlərin gücləndirilməsi.
5. Müharibədən sonra bölgənin yenidən inşa olunması və humanitar yardımların edilməsi üçün koalisiya ölkələrinin yenidən birləşdirilməsi.
6. Yardımların edilməsi və inkişafın təmini üçün büdcənin formalaşdırılması.
7. SDQ-nin nəzarətindəki bölgələrdə neft, təbii qaz, su kimi sərvətlərin istismara verilməsi.
8. Hökumət qurumlarının və məhkəmə sisteminin qurulması, bu qurumlarda işləyəcək şəxslərə təlimlərin keçirilməsi.
9. Bölgədə hava müdafiə sisteminin qurulması.
10. Beş nöqtədə ABŞ-ın hərbi bazalarının yaradılması və bu bazalara 1000-ə qədər əsgərin yerləşdirilməsi.
11. Amerikalı diplomatların bölgəyə göndəriməsi, diplomatik ofislərin yaradılması.
12. Suriya probleminin həllinin müzakirə edildiyi Cenevrə görüşlərinə SDQ-nin də qatılmasını təmin etmək üçün diplomatik fəaliyyətin gücləndirilməsi.
13. Bölgədə keçiriləcək seçki prosesinə dəstəyin verilməsi.
14. Bəşər Əsəd rejimi ilə SDQ arasında keçiriləcək müzakirələrə dəstəyin verilməsi.

Qəzetin iddialarına görə, Rusiya və ABŞ bu məsələdə birgə hərəkət etməklə bağlı gizli şəkildə anlaşıb.

Qeyd edək ki, Türkiyə Suriyada PKK/PYD terroruçularından formalaşdırılan SDQ-nin legitimliyini qəbul etmir. İŞİD-dən sonra kürd kartını istifadə etməyə başlayan Amerika isə bölgədə PKK/PYD terrorçularını SDQ adı altında təşkilatlandıraraq, güclü ordu yaratmağı və Türkiyənin cənub sərhədlərində "kürd dəhlizi" layihəsini həyata keçirməyi, həmçinin, Suriyada Türkiyə-İran-Rusiya üçlüyünə qarşı güc formalaşdırmağı planlaşdırır. Lakin bunun fonunda Rusiyanın ABŞ-la anlaşdığı haqda iddialar diqqət çəkir.

ABŞ-ın "kürd dəhlizi" layihəsinin əsas hədəfi Türkiyənin cənub sərhədlərinin işğal edilməsi və Ankaranın ərəb dünyasına çıxışını bağlamaq, eləcə də, bölgədə gələcək kürd dövlətinin yaradılmasına zəmin yaratmaqdır.

 publika.az

17:34