Putin və Ərdoğan İran məsələsini müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Xudaferin.eu “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentlər iki tərəfli münasibətlərdən savayı, ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması məsələsini müzakirə edib.

“Hər iki lider ABŞ-ın bu qərarının yanlış olduğunu qeyd edib, müştərək fəaliyyət planının bir diplomatik uğur olduğuna və qorunulmasının vacibliyinə diqqət çəkib”, - deyə agentliyin mənbəyi bildirib.

Rusiya və Türkiyənin dövlət başçıları eyni zamanda son günlər Suriyada gərginliyin artmasına dair narahatlıq ifadə edib.

Xudaferin.eu

13:18