Putin: "Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər"

"Bir sıra MDB ölkələri Avrasiya İqtisadi İttifaqında müşahidəçi ola bilərlər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqında sədrliyin Rusiya Federasiyasına keçməsi ilə əlaqədar quruma üzv ölkələrin dövlət başçılarına müraciətində deyib.

"Avrasiya İqtisadi İttifaqı ilə Müstəqil Dövlətlər Birliyinin daha dərin əlaqələndirilməsi imkanlarının öyrənilməsini məqsədəuyğun hesab edirik. MDB-nin bəzi iştirakçı ölkələri Avrasiya iqtisadi Birliyində müşahidəçi ola bilərlər", - deyə Rusiya prezidenti vurğulayıb.

V. Putin müraciətində Avrasiya İttifaqına üzv ölkələrin regionlararası və sərhədyanı əməkdaşlığının gələcəkdə dərinləşməsinə önəm verdiklərini qeyd edib: "Bununla biz inteqrasiya prosesinə əlavə impuls verəcəyik, üzv ölkələrin regionlar səviyyəsində daha sıx əməkdaşlığını təmin etmiş olacağıq".

Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqının inkişafının təmin olunmasının əsas əhəmiyyətinin digər dövlətlər və inteqrasiya birlikləri ilə sıx əməkdaşlıqdan ibarət olduğunu söyləyib: "2016-cı ildən Vyetnamla azad ticarət zonası uğurlu fəaliyyət göstərir. Hazırda Misir, İsrail, İran, Hindistan, Serbiya və Sinqapurla azad ticarət zonasının yaradılması ilə bağlı aparılan danışıqların müsbət nəticələnəcəyinə ümid edirik. Avrasiya İttifaqı ilə Çin arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqında imzalanan sazişin böyük perspektivlərini görürük".

musavat.com

17:10