Professor Fuad Məmmədovla görüş keçirildi

Avrasiya Əməkdaşlıq Fondunun dəstəklədiyi, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin həyata keçirdiyi “Yeni Nəsil Qadın Koalisiyası” layihəsi gənc ictimai fəal xanımların bilik və bacarıqlarının artırılmasına, onların tanıtımına və vəkilliklərinin  həyata keçirilməsinə dəstək verir.
Proqram çərçivəsində gənc xanım fəalların görkəmli ziyalılar, elm adamları, iştimai liderlərlə görüşləri davam etməkdədir. 
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin növbəti tədbiri professor Fuad Məmmədovla görüşə həsredilib.
Fuad Məmmədov Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. O, tarixelmləridoktoru, Dövlətİdarəetmə Akademiyasının professoru, `Simurq` Mədəniyyət Assosasiyasının prezidentidir.Kulturologiya üzrə çoxsaylı nəşrlərin, çıxışların, konfransların müəllifirdir.
`Kulturologiya və Qadın İnkişafı` mövzusunda keçirilən bu görüş nəzərdə tutulduğundan daha geniş auditoriyanın diqqətini cəlb etmişdi.Görüşdə qadınlarla yanaşı kişilər də iştirak edirdilər.
Professor Fuad Məmmədova auditoriyadan ünvanlanan çoxsaylı suallar əsasən mədəni kimlik, mədəni əlaqələr, mədəniyyətlərin mübadiləsi mövzusu ətrafında idi.
`Kulturologiya və Qadın İnkişafı` mövzusunda mühazirə bitdikdən sonra professor Fuad Məmmədov gənclərin çoxsaylı suallarına cavab verdi, onlara müxtəlif mövzuları müzakirə etdi, eləcə də, özlərini inkişaf etdirmək üçün maraqlı tövsiyələrini verdi. 

Xudaferin.eu

15:05