Prezidentliyə namizəd bıçaqlandı—VİDEO

Braziliyada prezidentliyə namizəd Jair Bolsonaru mitinq zamanı bıcaq xəsarəti alıb. 

Xudaferin.eu “Bloomberg”ə istinadən xəbər verir ki, J. Bolsonarunun oğlu atasının qarın nahiyəsindən xəsarət aldığını bildirib. 

O qeyd edib ki, atasının həyatına təhlükə yoxdur. 

Qeyd edək ki, Braziliyada prezident seçkiləri oktyabr ayında keçiriləcək. J. Bolsonarunun reytinqi digər namizədlərin reytinqlərini üstələyir. 

Xudaferin.eu


 

13:15