Prezidentin xalqa yaşatdığı ikinci 3 oktyabr sevinci - Valday və Suqovuşan qüruru...

2019-cu il 3 oktyabrda Prezident Soçidə “Qarabağ Azərbaycandır və nida işarəsi!” dedi, 2020-ci il 3 oktyabrda isə "Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!" yazdı...

Zaman 2019-cü il oktyabrın 3-ü, məkan Rusiya Federasiyasının Soçi şəhəri. “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış edir. Dövlət başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirir, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirir, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayır. Ardınca Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu məxsusi səs tonu ilə vurğulayar və Ali Baş Komandan bəyan edir: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Cənab İlham Əliyevin bu bəyanatı bütün dünya mediasının trendi olmaqla yanaşı, şüara, devizə çevrilmişdi. Bu, sadəcə bir bəyanat deyildi, dünyaya və Ermənistana qəti xəbərdarlıq idi.

Yəni o mesaj idi ki, Ermənistan işğal etdikləri əraziləri qısa zamanda azad etməsə, işğalçılıq siyasətinə son qoymasa, Azərbaycan qısa müddətdə öz haqq işinə başlayacaq.

Ötən bu müddət ərzində Azərbaycan Prezidenti, dövləti dəfələrlə həmsədrlərə, Minsk Qrupna və digər müvafiq instansiyaların diqqətinə çatdırdı ki, Ermənistandan işğal etdiyi ərazilərdən çıxmaq, BMT-nin 4 qətnaməsini icra etmək tələb olunmalıdır, əks təqdirdə söz Azərbaycan Ordusunun olacaq.
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını reallaşdırmaq, yəni Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Ordusunun birbaşa hüquq və vəzifəsini icra edərək, hər an əməliyyatlara başlaya biləcəyi dünyaya dəfələrlə bəyan edildi bu müddət ərazində...
Bunlar hər kəsin gözü önündədir, yaddaşındadır. Ona görə də bu məsələdən çox danışmağa, izah, şərh verməyə də ehtiyac yoxdur.

İndi diqqəti bir məqam çəkir: Prezident İlham Əliyev 2019-cu il oktyabrın 3-də Soçidə “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” demişdi. Düz bir ilin tamamında – 3 oktyabr 2020-ci ildə Ali Baş Komandan rəsmi twitter səhifəsində bəyan etdi: "Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!".

120748168_10208689462789563_99751900960100761_o.jpg (43 KB)

Az sonra Prezident daha bir açıqlama yaydı: “Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir”.

786b32da60c305687ac700afcb8a5192.jpg (66 KB)

 

Ali Baş Komandanın 3 oktyabr 2019-cu ildə Valdayda verdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı məhz tam bir il sonra Suqovuşanda (artıq 3 oktyabrda prezident artıq Madagizin adını dəyişərək, tarixi Suqovuşan adını bərpa edib) bayrağımızın qaldırılması fonunda səsləndi!

Ötən il Valdayda – böyük bir tribunadan Prezident “Qarabağ Azərbaycandır və nida işarəsi” səsləndirəndə hər bir azərbaycanlı qeyri-ixtiyari onu alqışlamış və qürur duymuşdu dövlətinin rəhbəri ilə.

3 oktyabr 2020-ci ildə isə Prezident xalqa qələbə xəbəri verdi. İnsanların alqışları bütün ölkə boyunca eşidildi, insanlar qürur hissinə büründülər! Hər kəs Prezidentlə, müzəffər Ordumuzla fəxr edir!

Qələbə sevinci yaşamaq sevinclərin ən yüksəyi, ən böyüyüdür!

1601760467_20201004_012620.jpg (117 KB)

3 oktyabr tarixi bir gündür artıq. Və bu şərəfli tarixi bizlərə yaşatdığı üçün Prezident İlham Əliyevə, onun Ali Baş Komandanı olduğu Azərbaycan Ordusuna xüsusi təşəkkürlər!

Eşq olsun Azərbaycana, onun qüdrətli Ordusuna, nüfuzlu Prezidentinə!

xudaferin.eu

18:11