Prezident Tramp: “İran odla oynayır”

Tramp administrasiyası İranın ballistik raket sınağına cavab olaraq 13 nəfərə və onlarla şirkətə qarşı sanksiya tətbiq edib. Məlumatı bu gün Maliyyə Nazirliyi yayıb. Tramp bu gün Tweet hesabında "İran odla oynayır. Onlar prezident Obamanın nə qədər "mərhəmətli" olduğuna qiymət verməyib. Lakin mən o deyiləm!'' deyə o yazıb. ABŞ prezidenti Iranın rəsmi xəbərdarlıq altında olduğunu və onun ballistik raket sınağı ilə bağlı "heç nəyin masa üzərindən götürülmədiyini" bildirib. Donald Tramp cümə axşamı Twitterdə yazdığı statuslarda İranla əldə edilən nüvə razılığını tənqid edib. Amerika və dünyanın beş qüdrətli ölkəsi ilə əldə edilən razılıq İranın nüvə proqramını dayandırması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. Donald Tramp cümə axşamı Twitterdə yazdığı statuslarda İranla əldə edilən nüvə razılığını tənqid edib. Amerika və dünyanın beş qüdrətli ölkəsi ilə əldə edilən razılıq İranın nüvə proqramını dayandırması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. Tramp İranın bu razılığa görə “şükran” olmalı olduğunu deyib və əlavə edib ki, ölkə dağılmaq ərəfəsində ikən ona milyardlarla dollara çıxış verilib.

Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Flinn İranın ballistik raket buraxılışını pisləyərək, Tehranın 2015-ci ildə Birləşmiş Ştatlar və digər qüdrətli ölkələrlə əldə etdiyi nüvə razılığını hədə altına aldığını deyib.
Bəzi müstəqil ekspertlər Vaşinqtonda baş vermiş dəyişiklikləri nəzərə alaraq İrana ehtiyatla davranmağı tövsiyə edir. Kanadanın Kral Hərbi Kollecində beynəlxalq münasibətlər üzrə professor Huşəng Həsənyar “Amerikanın Səsi”nə bildirib ki, Trampın Tehrana xəbərdarlıqları sabiq prezident Corc Buşun ritorikasına oxşardır, və bu yanaşma Obamanın rəftarı ilə təzad təşkil edir.
“Tramp proqnozlaşdırıla bilməz, habelə onun siyasi və hərbi müşavirləri İranın ABŞ və onun müttəfiqlərinə törətdiyi təhlükələr haqda geniş yazıblar, yaxşı olardı ki, İran rəhbərliyi növbəti addımlarını ehtiyatla ölçüb-biçsin,” deyə Həsənyar bildirib.

Amerikaninsesi.org

11:16