Prezident İlham Əliyev üçün ən yaddaqalan ad günü

Ali Baş Komandan Ermənistanla sərhəddəki azad olunan rayonlardan xalqa və dünyaya mesajlar verdi

Dünən - 24 dekabr Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü idi. Budəfəki ad gününü o, işğaldan azad edilmiş bölgələrimizdə keçirdi. Dekabrın 23-də o və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında səfərdə olublar. İlham Əliyev hərbçilərlə görüşüb, onların qarşısında çıxış edib. Eyni zamanda dövlət bayrağımızı ucaldıb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Xudaferin.eu “Yeni Müsavat”a istinadən bildirdi ki, Prezidentin işğaldan azad olunmuş Qubadlı və Zəngilana səfəri çox sevindirici və qürurverici görüntülərlə zəngin oldu: “Müzəffər Ordunun əsgərləri ilə Ali Baş Komandanın məhz işğaldan azad olunmuş ərazilərdə, özü də Ermənistanla sərhəddə görüşü çox ciddi mesajlar daşıyır özündə. İlk növbədə Azərbaycan xalqında, ordusunda özünə inamı bir daha möhkəmlədir bu hadisə. Biz artıq 4 aydır çox böyük tarixi günlər yaşayırıq. Prezidentin hər dəfə işğal olunmuş ərazilərimizə səfəri də bu tarixi daha da zənginləşdirir. Ali Baş Komandanın Ermənistanla sərhəddə işğaldan azad olunmuş rayonlara səfəri həm daxili, həm də xarici siyasət üçün çox ciddi mesajlardır. Daxili siyasətdən danışarkən biz görürük ki, Azərbaycan xalqı birliyini qoruyub saxlayır və Prezident bu milli birliyin qorunması üçün davamlı addımlar atır.

Diqqət etdinizsə, əsgərlər qarşısında çıxışında da qələbəmizdə milli birliyin, milli ruhun böyük rol oynadığını söylədi. Xarici dairələrə isə mesaj verilir ki, Azərbaycan Ermənistanla sərhədini güc yolu ilə bərpa edib. Qələbənin nəticəsini yenə də göstərmək üçün Azərbaycan lideri bərpa olunmuş dövlət sərhədimizə şəxsən getdi və dünyaya mesajını çatdırdı. Dünyaya mesaj göndərildi ki, biz qarşımıza qoyduğumuz məqsədlərə nail olmuşuq. Bu çox vacib mesajdır. Prezidentin ad gününə saatlar qalmış Qubadlı və Zəngilana getməsinin həm də mənəvi tərəfi də var. İlham Əliyevi bu münasibətlə təbrik edirəm".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

T.Zülfüqarov İlham Əliyevin “Qəhrəman Azərbaycan əsgəri öz gücünü göstərdi bütün dünyaya. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir” fikirlərinin də tamamilə əsaslı olduğunu qeyd etdi: “Prezident ciddi faktlara əsaslanıb bu fikirləri deyir. Biz artıq dünyanın çox ciddi mətbu orqanlarında Azərbaycan Ordusunun həyata keçirdiyi müharibə taktikasının dünya ölkələrinin hərbi, elmi məktəblərinin, hərbi dairələrinin diqqətini cəlb etdiyi və nümunə kimi öyrəniləcəyi barədə yazılara rast gəlirik. Məsələn, Almaniya, ABŞ, Britaniya kimi nəhəng dövlətlərin hərbçiləri də bu barədə fikirlər bildiriblər və bəyan ediblər ki, Azərbaycan Ordusunun təcrübəsi öyrənilməyə dəyər. Azərbaycan geniş sınaqdan keçirilməmiş təcrübəni tətbiq elədi və uğur qazandı. Ona görə də dünyanın diqqətini ciddi şəkildə cəlb edib. Azərbaycan Ordusunun təcrübəsi dünyanın bir çox hərbi, elmi ocaqlarında öyrəniləcək. Bu, Azərbaycanın dünyada mövqeyinin güclənməsinə, nüfuzunun artmasına çox ciddi təsir edəcək amildir”.

Deputat Aydın Hüseynov Vahid Əhmədovu gərginlik yaratmaqda SUÇLADI -  modern.az

Deputat Aydın Hüseynov isə bildirdi ki, Prezident İlham Əliyevin həyatının ən gözəl, ən yaddaqalan ad günü şübhəsiz builki ad günüdür: “Hər kəs xatlrlayır ki, cənab Prezident adətən doğum günlərini məcburi köçkünlərlə görüşlərlə keçirirdi. Hər dəfə də görüşlərdə köçkünləri əmin edirdi ki, doğma yurdları işğaldan azad olunacaq. Məcburi köçkünlər də təbii ki, öz Prezidetlərinə inanırdılar. Onların bu inamını Prezident məhz bu il reallaşdırdı - torpaqlarımız işğaldan azad edildi. İndi həm hörmətli Prezidentimiz üçün, həm də xalqımız üçün çox böyük fərəhli gündür - Prezident İlham Əliyev artıq doğum gününü işğaldan azad etdiyi torpaqlarımızda qarşılayır. Qalib Ali Baş Komandan öz müzəffər Ordusunu tez-tez şəxsən ziyarət edir, əsgərlərlə görüşür, Azərbaycan xalqının əsgəri olduğunu bütün dünyaya nümayiş etdirir. Qubadlıda əsgərlərlə görüşü, əsgərlərlə birlikdə şüar səsləndirməsi hər bir əsgərimizdə Vətənə sevgini daha da möhkəmlədir. Prezident öz ad gününü müzəffər əsgərləri ilə qarşıladı. Cənab İlham Əliyev özünə, xalqına, ordusuna yaraşanı yenə də etmiş oldu. Əslində bu, həm xalqımıza, həm də bütün dünyaya bir mesaj idi.

2020-ci il dünya üçün fəlakətli başladı, dünya hələ də təlatümdədir. İlham Əliyev belə bir ili Azərbaycan üçün Zəfər ilinə çevirməyi bacardı. Bunu hər lider bacara bilməzdi. Azərbaycan lideri isə öz xalqına, ordusuna arxalanaraq bunu bacardı. Prezident İlham Əliyev güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Bütün bunlar illərlə həyata keçirilən düzgün siyasətin nəticəsidir. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, ordumuzu dünyanın qüdrətli ordularından biri edib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Torpaqlarımızın azad edilməsi illərlə aparılan siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqı, dünya azərbaycanlıları İlham Əliyevlə qürur duyur. Cənab Prezidenti doğum günü və 2020-ci ili Azərbaycanın tarixinə Zəfər ili kimi həkk etdiyi üçün təbrik edirəm".

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qeyd etdi ki, İlham Əliyevi uğurlu siyasətçi və Prezident kimi dəyərləndirməliyik: “Azərbaycan xalqının arzularını həyata keçirdi, düşmən üzərində parlaq qələbəyə nail oldu, az qala unudulmaqda olan torpaqlarımızı işğaldan azad etdi. Ad günündən bir gün öncə işğaldan azad edilən rayonlara səfəri də xüsusi önəm daşıyır. Bu səfərin özü dünyaya, düşmənə açıq mesajdır. Oradan etdiyi açıqlamalar isə qətiyyətinin, ardıcıl siyasətinin, dövlətimizə və millətimizə sədaqətli xidmətin göstəriciləridir. Bu mesajlarla birmənalı şəkildə göstərdi ki, biz öz torpaqlarımıza qayıdır, bu torpaqlara əbədi sahiblik edəcəyik. Eyni zamanda Prezident bir daha bildirdi, bütün torpaqlarımızda, o cümlədən Dağlıq Qarabağın bütün ərazilərində, Xankəndində, Xocalıda, Ağdərədə suverenliyimiz tam bərpa olunacaq, Azərbaycan bayrağı ərazilərimizin hər yerində dalğalanacaq, tarixi ədalət bərpa olunacaqdır”.

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir  Əsgərov...

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə sosial şəbəkədə Prezident İlham Əliyev haqda bunları yazıb: “Bu gün Prezident İlham Əliyevin doğum günüdür. Neçə illərdir ki, doğum günündə kiçik bir tort kəsir. Amma bildiyim bir həqiqət var ki, Azərbaycanın əsgər və zabitləri, bu igidləri yetişdirən ailələr ona Qarabağın azadlığını hədiyyə edib. İlham Əliyev həm də özü özünə 30 illik işğalın azadlığını hədiyyə edib. Bizim də siyasi partiya kimi nümayiş etdirdiyimiz milli birlik də bu qələbəyə töhfə verib. Bu da bizim hədiyyəmiz olsun. Bu gün hər bir vətəndaş üçün, Prezident İlham Əliyev üçün ən gözəl hədiyyə elə Qarabağın Azərbaycan olmasıdır. Prezident İlham Əliyev Sizə möhkəm cansağlığı arzulayıram. Doğum gününüz mübarək!”.

Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı

 Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, İlham Əliyevi Qarabağın azad olunması üçün gördüyü işlərə və qələbəyə görə ilin uğurlu siyasi lideri adlandırmaq olar: “Biz əvvəldən bəyan eləmişik ki, Qarabağın azadlığına nail olan siyasətçi Azərbaycan tarixində əbədi olaraq qalacaq. Görünən odur ki, bu, İlham Əliyevin taleyinə yazılıbmış. Prezident İlham Əliyev buna nail oldu. Mən bununla bağlı İlham Əliyevi təbrik edirəm. İndi İlham Əliyev daha güclüdür, daha özünə inamlıdır. İşğaldan azad olunmuş rayonlara səfərləri qələbənin davamı kimi vacib addımlardır. Ad günündən bir gün öncə əsgərlərlə görüşməsi də səmimi görüntülər idi. Bu məqam da diqqətəlayiqdir. Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm, cansağlığı arzulayıram”.

Super güclərin belə, bu yeni təhlükəyə hazır olmadığı üzə çıxdı" - ELŞAD  MUSAYEV - Hürriyyət

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, 30 ilə yaxındır ölkəmizin qarşısında duran əsas vəzifə işğal altındakı torpaqlarımızı işğaldan azad etmək idi. Ona görə də çoxsaylı problemlər, çətinliklər, narazılıq və narahatlıqlar ikinci planda olub. Əsas problemimiz Qarabağı azad etmək olub: “Bu missiyanı da Ali Baş Komandan kimi İlham Əliyevin rəhbərliyi altında ordumuz, dövlətimiz və xalqımız həyata keçirdi. Bu baxımdan təbii ki, ilin ən uğurlu siyasətçisi İlham Əliyevdir. Buna görə İlham Əliyevi təbrik edirəm. Prezidentin işğaldan azad olunmuş rayonlara səfərləri vacibdir və bu vacibatı İlham Əliyev nəzərə alır. Xüsusən də əsgərlərlə görüşməsi, ermənilərin dağıtdığı ərazilərdən birbaşa mesajlar verməsi təqdir olunmalıdır”.

Xudaferin.eu

12:07