Prezident 4 naziri işdən qovdu - Türkmənistanda nə baş verir

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətdə kadr dəyişikliyi həyata keçirib.

Məlumata görə, Q. Berdıməhəmmədov 2017-ci ilin 11 ayının yekunlarına həsr olunmuş iclasda belə bir qərar qəbul edib.

Türkmənistan prezidenti işlərində yol verdikləri ciddi çatışmazlığa görə sənaye naziri Amanberdi Tuyliyev, əmək və sosial müdafiə naziri Seyidməmməd Akməmmədov, dəmiryol nəqliyyatı naziri Dəryaqulu Byaşimov və kənd və su təsərrüfatı naziri Nursaxed Sapardurdıyevi vəzifələrindən azad edib. Q. Berdıməhəmmədovun imzaladığı sərəncamla "Türkmenstandartlary" Dövlət Xidmətinin rəhbəri Kərim Durdımıradovu sənaye naziri təyin edib. Vəzifədən azad edilən digər üç nazirin vəzifəsini müvəqqəti olaraq nazir müavinləri həyata keçirirlər.//APA

18:41