Poroşenko Hərbi kabinetin təcili toplantısını çağırdı

Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin təcili toplantısını çağırıb. Bu haqda məlumatlı “İnterfaks-Ukrayna” agentliyi bildirib.

“Günün ikinci yarısında dövlət başçısının iştirakı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin təcili toplantısının keçiriləcəyi gözlənilir”, - agentliyin həmsöhbəti deyib. Onun sözlərinə görə, toplantının keçirilməsi Donetks vilayətinin Avdeyevka qəsəbəsi ətrafında vəziyyətin kəskinləşməsi ilə bağlıdır. Qeyd edək ki, son iki gündə Avdeyevka vəziyyət pisləşib. Son məlumatlara görə, Ukrayna ordusu ilə separatçı güclər arasında döyüşlər davam edir.

Xudaferin.eu

 

11:38