Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır

"Huawei" şirkəti Çin Kommunist Partiyası ilə sıx əlaqəlidir".

Xudaferin.eu Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo "CNBC" kanalına müsahibəsi zamanı deyib.

“Bu şirkət yalnız Çinlə deyil, Çin Kommunist Partiyası ilə sıx əlaqəlidir. Bu əlaqələrin mövcudluğu ABŞ-a məxsus məlumatları təhlükə altında qoyur. Çin hökuməti ilə əməkdaşlıq etməmək yanlış bəyanatdır. "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır”, - deyə Pompeo bildirib.  

ABŞ dövlət katibi qeyd edib ki, bir çox şirkətlər "Huawei"lə əməkdaşlığı dayandıracaq: “Dövlət Departamenti çalışır ki, hər kəs təhlükəni anlasın".

Xatırladaq ki, bir müddət öncə Trampın imzaladığı sərəncamla "qara siyahı"dakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə məxsus texnologiyalardan istifadə edə bilməyəcəyini açıqlanıb.

Dünyanın ikinci ən böyük smartfon istehsalçısı olan “Huawei” də bu siyahıya daxil edilib.

İngiltərə də daxil olmaqla, son aylarda bəzi Qərb ölkələri təhlükəsizlik məsələləriylə bağlı “Huawei”in məhsullarından narahat olduqlarını bildiriblər.

Şirkətin adı ABŞ tərəfindən "qara siyahı"ya salındıqdan sonra "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Yaponiyanın “Panasonic” şirkəti ABŞ qadağalarına görə "Huawei" ilə əməkdaşlığı dayandırıb. 

 

xudaferin.eu

19:28