Polşada binada partlayış nəticəsində 3 nəfər ölüb

Polşanın Svebodzitse şəhərində yaşayış binalarından birində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Xudaferin.eu-nun APA-”ya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində bina uçub. İlkin məlumata görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib.

Partlayış baş verən an binada 15 nəfər olub. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. Hadisə yerində xilasetmə-axtarış işləri davam etdirilir. 

Xudaferin.eu

21:51