Polşa müdafiə xərclərini 55 milyard dollar artırıb

 

Polşanın hakimiyyət orqanları qarşıdan gələn 15 il ərzində müdafiəyə ölkə büdcəsindən əlavə 55 milyard dollar ayıracaq.

Bunu Polşa müdafiə nazirinin müavini Tomaş Şatkovski Röyter agentliyinə müsahibəsində söyləyib. Ayrılmış vəsait ordunun sayının təqribən iki dəfə artırılmasına və onun modernləşdirilməsinə xərclənəcək, çünki avadanlığın üçdəiki hissəsi hələ Varşava müqaviləsi dövründən qalıb. Daha əvvəl Polşa hökuməti 2030-cu il üçün müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2,5 faizinə qədər artırmaq barədə qərar qəbul etmişdi. Hazırda Polşa müdafiə ehtiyaclarına ÜDM-nin təxminən 2,01 faizini xərcləyir.

Xudaferin.eu
“Avropa Bürosu”

15:29