PKK-ya qarşı keçirilәn әmәliyyatlar nәticәsindә 100-dәn çox terrorçu mәhv edilib

 

Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn İraqın şimalına tәşkil etdilәn hava әmәliyyatı nәticәsindә terror tәşkilatı PKK-ya aid 3 hәdәf mәhv edilib.

Terrot tәşkilatı PKK-ya qarşı hәyata keçirilәn 238 əməliyyat nәticәsindә bir həftədə 100-dәn çox terrorçu mәhv edilib. Bu barәdә Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Tәşkilata yardım etmә iddiası ilә saxlanılan 361 nәfәrdәn 19-u hәbs olunub.

Digər tərəfdən terror təşkilatı DEAŞ ilə mübarizә çәrçivәsindә 34, ifrat solçu terror tәşkilatları ilә isә 22 nəfər saxlanılıb. Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyi (FETÖ/PDY) ilə mübarizə çərçivəsində də 1218 nəfər saxlanılıb, bunlardan 33-ü həbs olunub.

Xudaferin.eu
Türükiyə, “Ankara Bürosu”

09:52