PKK-nın erməni terrorçuları – Öcalandan Sırrı Sakıkadək

PKK terror təşkilatı daxilndə ermənilərin olması həm Türkiyə Milli İstihbarat Təşkilatı, həm də türk ictimai təşkilatların, akademik dairələrin nümayəndələri tərəfindən tədqiq və təsdiq olunub. Politoloq Nəzakət Məmmədova bu istiqamətdə araşdırma aparıb və araşdırmanın nəticələrini təqdim edib.

İnternet resurslarının monitorinqi zamanı PKK-da fəaliyyət göstərən, lakin milliyyətcə erməni olmaqda şübhəli bilinən aşağıdakı şəxslər müəyyən edilib:

1) PKK lideri olmuş Abdullah Öcalanın əsl adı Artin Aqopyan. Onun özünün kürd dilini bilmədiyi məlumdur;

2) “Parmaksız Zeki” kod adlı Şemdin Sakık. Nənəsinin erməni olduğunu özü şəxsən açıqlayıb. Eyni zamanda, onun qohumu, millət vəkili Sırrı Sakık da ermənidir;

3) Kürd partiyasının həmsədri olmuş Emine Ayna;

4) 1959-cu ildə Silvanda anadan olmuş Semra Bakır. Qardaşı Orhan Bakırın əsl adı Armenakdır. Erməni terror təşkilatı TİKKO-nun üzvü olub. Təşkilatın İdarə Heyətində yer alan O.Bakır türk ordusu tərəfindən öldürülüb;

5) 1977-ci il Silvanda anadan olmuş Bülent Bakır;

6) “Sürgündəki hökumət”in təmsilçisi Meryem Tabaş. Babasının adı Hokar, nənəsinin adı Haykanuş;

7) 1980-ci ildə Silvanda anadan olmuş “Zazan Bertin” kod adlı Ruşen Tapançı. Babasının adı Ohannisdir. “Mavi Çarşı”nın yandırılmasında iştirak edib;

8) 1975-ci ildə anadan olmuş Yusuf Cihangir. Babasının adı Vartan;

9) 1965-ci ildə Karakaçanda anadan olmuş Adnan Dizin. Babasının adı Kirkor;

10) 1970-ci ildə Siirtdə anadan olmuş Nihat Türksoy. Babasının adı Sarkis, nənəsinin adı Zerdo;

11) 1977-ci ildə Bozovada anadan olmuş Mehmet Güzel. Babasının adı Mkırtç, nənəsinin adı İlsevik;

12) 1974-cü ildə Pertekde anadan olmuş “Cihan” kod adlı Akif Yadigaroğulları. Babasının adı Apkar, nənəsi Məryəm;

13) 1973-cü ildə Ömerlide anadan olmuş Metin Gümüş. Babasının adı Artin, nənəsi Dihram;

14) 1948-ci ildə Paluda anadan olmuş Zülküf Demirtaş. Xristiyan olmasına baxmayaraq “HADEP İmamlar Birliyi” təşkilatının üzvü olub;

15) 1978-ci ildə Silvanda anadan olmuş Sidar Şimşek. DEHAP ilçə təşkilatında fəaliyyət göstərib. Ulu babasının adı Bedros, nənəsinin adı Luşin;

16) 1977-ci ildə Diyarbəkirdə anadan olmuş Mehmet Sami Geniş. Narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olub, 2002-ci ildə 6 il 8 ay müddətinə həbs edilib. Ulu babasının adı Sarkis, nənəsi Şuşi;

17) 1975-ci ildə Afşində anadan olmuş Özgür Erbil. Saxta sənədlərlə xaricə qaçıb. Almaniyada narkotik ticarəti ilə məşğul olur. Ulu babası Akup (Aqop), nənəsi Lüsye;

18) 1977-ci ildə Silvanda anadan olmuş Orhan Olsen. Ulu babasının adı İliyo, nənəsinin adı Mari;

19) 1968-ci ildə Muşda anadan olmuş Kutbettin Akşula. Muşda PKK terror təşkilatına maliyyə yardımı göstərmək məqsədilə silah qaçamalçılığı edib və həbs olunub. Ulu babası Vartan, nənəsi Zelha;

20) 1979-cu ildə Yurtbeyide anadan olmuş Barış Başak. Ulu nənəsinin adı Kotine;

21) 1953-cü ildə İdildə anadan olmuş Abdulaziz Özdemir. Babasının adı Yusif, nənəsinin adı Kazodur. Türk ordusu tərəfindən ölü ələ keçirilib;

22) 1954-cü ildə Beştüşşebapda anadan olmuş Mehmet Öztunç. PKK-ya yardım ittihamı ilə həbs edilib, azadlığa çıxdıqdan sonra HADEP Antalya il teşkilatına seçilib. Babasının adı Musa, nənəsinin adı Miran;

23) 1972-ci ildə Siverekde anadan olmuş Levent Kayadağ. Türk ordusu tərəfindən ölü ələ keçirilib. Babasının adı Miqdat, nənəsinin adı Havuş;

24) 1977-ci ildə Karayazıda anadan olmuş İdris Sefil. Terrorçuluq ittihamı ilə məhkum olunmuş, Konya HADEP Gənclik Komitəsi üzvü olub. Onun qohumu Ersin Sefil də terrorçu olub, Şimali İraqda türk ordusu ilə silahlı qarşıdurmada öldürülüb;

25) 1974-cü ildə Hazroda anadan olmuş Haci İçer. HADEP Hazro idarə heyəti üzvü olub. Babasının adı Ali, nənəsinin adı Gule;

26) 1973-cü ildə Yaylayanında anadan olmuş Dilaver Öncü. HADEP Konak İdarə Heyəti üzvü olub. İzmirdə missionerlik edib, kilsədə xristianlıq təbliğatı aparıb;

27) 1965-ci ildə Firkede anadan olmuş Edip Yıldız. HADEP Məclisi üzvü olub. Həbs olunmuş PKK terrorçularına vəkillik edir. Ulu babasının adı Qaço, nənəsinin adı Rihan;

28) 1964-cü ildə Benekde anadan olmuş Haşim Benek. Ulu babasının adı Şiho, nənəsinin adı Kitro;

29) 1954-cü ildə Kamberşeyhde anadan olmuş Mahmut Hakkı Eşiyok. HADEP İstanbul il təşkilatının katibi olub. Ulu babasının adı Hokar, nənəsinin adı Haykanuş;

30) 1959-cü ildə Urfada anadan olmuş İzzettin Kalaycı. Ankarada HADEP konqresində türk bayrağını endirərək yerinə PKK bayrağı asıb;

31) 1948-ci ildə Kölükdə anadan olmuş Mehmet Cantekin. Diyarbəkir Mərkəz Karapınar Bələdiyyə başçısı, HADEP-dən millət vəkiliyinə namizəd olub. M.Cantekin Kulp Karpuzluda PKK-ya dəstək təmin etməklə məşğul olub. 2003-cü ildə PKK təşkilatının 1978-ci ildə təsis edildiyi Diyarbəkirin Lice ilçəsinin Fis kəndində DEHAP və Göç-Der üzvləri ilə birlikdə guya “barış ağacı” əkilməsi mərasimində A.Öcalanı dəstəkləyən şüarlar səsləndirib. Babasının adı Bedros, nənəsinin adı Məryəm;

32) 1953-cü ildə Siirtdə anadan olmuş Maruf Altın. DEP İzmir-Konak ilçə təşkilatının üzvü olub. 1998-ci ildə 12 illik həbs cəzasına məhkum edilib. Babasının adı Ohanis, nənəsinin adı Pori. Lakin babası Hüseyin, nənəsi isə Nafiye adı qəbul etməklə erməni olduğunu gizlədib;

33) 1973-cü ildə Urfada anadan olmuş Mehmet Sait Yalçın. 1997-ci ildə Bodrumda bomba hücumu həyata keçirib. Ömürlük həbsə məhkum edilib. Babasının adı Girbus, nənəsinin adı Varti. Lakin babası adını dəyişərək Mehmet Kerim, nənəsi isə Mövludə olub.

 

Cebhe.info

 

11:22