PKK: “İraqdakı Türkiyə tərəfdarları ilə müharibə edəcəyik”

Silahsız İraq Türkmanları təhlükədə. Bu prosesdə İran mollakratiya rejimi də PKK-nı dəstəkləyir

 

PKK terror təşkilatı uzun müddət ərzində münasibətləri gərgin olan qondarma “Quzey İraq Kürd Muxtariyyəti”nə qarşı savaş elan edib. PKK rəhbərlərindən olan, təşkilatın İraq qolunun başçısı Rıza Altun Məsud Bərzaninin lideri olduğu “Quzey İraq Kürd Muxtariyyəti” iqtidarının Türkiyə ilə yaxşı münasibətdə olduğunu bəhanə edərək deyib: “Bundan sonra Güney Kürdüstan da hədəfimizdədir”.

“Quzey İraq Kürd Muxtariyyəti”ndə müstəqilliklə bağlı referendum səylərinin gücləndiyi bir zamanda PKK rəhbəri Rıza Altun PKK terror təşkilatının orqanlarından olan ANF-yə açıqlama verərək deyib: “Güney Kürdüstan ciddi bir savaş meydanına çevrilə bilər. Çünki, Türkiyənin yaxın tərəfdarı Güney Kürdüstandadır. Türkiyə Respublikasına zərbə vurulmasını istəyiriksə, Güney Kürdistandakı varlığına zərbə vurmalıyıq”.
İraq Türkmanlarının yayın orqanı olan “Türkmeneli.com” saytı isə PKK-nın İraqdakı Türkmanları da hədəfə aldığını xəbər verir. Sayt yazır: “PKK terror təşkilatı Kərkükün başda Arafa bölgəsi olmaqla şəhərin bir çox yerində qurduğu hərbi düşərgələr üzərindən Türkmanlara qarşı hücumlara başlayacaq. PKK-nın İraq qanadının rəhbəri Rıza Altun öz açıqlamasında Türkiyənin İraqdakı müttəfiqlərinə və tərəfdarlarına qarşı müharibə edəcəklərini bildirib”.

Qeyd edək ki, Quzey İraq siyasətində bu gün yenidən daha güclü bir şəkildə fəal olmağı hədəf seçən İran mollakratiya rejimi terrorçu PEJAK təşkilatının arxa dəstəyi ilə Tehran rejiminin hərtərfli yardımları sayəsində PKK-nın yanında yer alıb. Bu da o deməkdir ki, əgər İran mollakratiya rejiminin mövqeləri Suriyada daralırsa, o zaman “İraq ssenarisi” gündəmə gətirilməlidir. Çünki, İran mollakratiya rejiminin varlığının qorunması yönündə əsas strateji hədəfi Orta Doğuda daim savaş meydanlarını yaratmaqdır. 

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:38