Peşə məktəblərində təqaüdlər məsələsi qeyri-müəyyən qalıb

 

Peşə məktəblərinin tələbələrinə ayrılan təqaüdlərin ləğvi barədə ehtimalların səslənməsi haqda Hurriyyet.org yazmışdı.

Məlumatda bildirlirdi ki, yanvar ayından peşə məktəblərinə və liseylərə Təhsil Nazirliyindən pul ayrılmayıb. Mart ayı başa çatmaq üzrədir. Amma hələ də təqaüdlər barədə heç bir məlumat yoxdur. Məktəblərə daxil olan qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, nazirlik ümumiyyətlə, tələbə təqaüdlərini ləğv etmək niyyətindədir. Ötən yazımızda da qeyd etmişdik ki, Təhsil Nazirliyinin Peşə məktəbləri şöbəsi verilən cavaba görə, məsələnin Təhsil Nazirliyilə birbaşa əlaqəsi yoxdur. Bununla əlaqədar ölkə başçısının müvafiq qərarı gözlənilir, qərar necə olsa, ona uyğun da addım atılacaq. Qərar olmayınca, bu məsələ ilə bağlı Təhsil Nazirliyinə dövlət büdcəsindən pul vəsaiti ayrıla bilməz. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyilə əlaqə saxladıq. Agentlikdən belə cavab aldıq ki, məsələ ilə bağlı hələ onlarda da müvafiq məlumat yoxdur. Peşə məktəblərinin şagirdlərinin təqaüd təminatı hələ də qeyri-müəyyən qalıb.
 

Sevil
Hurriyyet.org

 

07:24