Peru radiosunda 28 may – Azərbaycanın İstiqlal Günü proqramı

 

Perunun Mədəniyyət Nazirliyinin “Radio Filarmonia” radiosunun 102.7 FM kanalında Azərbaycanın İstiqlal Gününə həsr edilmiş musiqi proqramı yayımlanıb.

Proqramın əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilıb. Sonra Azərbaycanın Limadakı ofisinin rəhbəri Mehdi Məmmədov çıxış edərək dinləyicilərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, quruculuq və inkişaf tarixi haqqında məlumat verib. O, ölkəmizin musiqi mədəniyyəti haqqında ətraflı danışıb, dinləyiciləri Azərbaycanın klassik musiqisi, muğam və caz sənəti ilə tanış edib. Gün ərzində radioda bir çox tanınmış klassik və müasir bəstəkarlarımızın, musiqiçi və müğənnilərimizin kompozisiyaları səsləndirilib. Proqramda, həmçinin Latın Amerikası və Azərbaycan ansambllarının birgə kompozisiyaları da səslənib.

Xudaferin.eu
“Amerika Bürosu”

 

09:18