Peru Konqresi ölkə hökumətinə etimadsızlıq göstərib

 

Peru Konqresi ölkə hökumətinə etimadsızlıq göstərib və hökumət rəhbəri Fernando Savalo başda olmaqla, bütün Nazirlər Kabineti 72 saat ərzində istefa verməlidir. Bu barədə yerli xəbər portalı RPP məlumat yayıb.

Sentyabrın 14-də Peru Konqresi ölkə hökumətinə etimad məsələsini səsverməyə çıxarıb. Yeddi saat çəkən debatlardan sonra səsvermə keçirilib, nəticədə 76 nəfər əleyhinə, 22 nəfər lehinə səs verib, 16 nəfər isə bitərəf qalıb.

“Prezident Kuçinskinin (Pedro Pablo) rəhbərliyi ilə ölkəyə sədaqətlə xidmət etmək mənim üçün şərəf idi. Bütün komandam, çox sağ olun. Sizinlə işləmək mənim üçün şərəf idi”, – hökumət başçısı F.Savalo Twitter səhifəsində belə yazıb.

Xudaferin.eu
“Amerika Bürosu”

18:22