ABŞ-ın Suriyaya raket zərbələri üçün qüvvə toplaması ilə bağlı bəyanat həqiqətə uyğun deyil.
Xudaferin.eu xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi Pentaqon nümayəndəsinə istinadla məlumat yayıb.
“Rusiya tərəfinin ABŞ-ın Aralıq dənizinin şərq hissəsində hərbi varlığını artırması ilə bağlı məlumatları təxribatdır. Bu, doğru deyil. Ancaq bu, o demək deyil ki, ABŞ prezidenti əmr versə, biz fəaliyyət göstərməyə hazır deyilik”, - məlumatda bildirilib.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib ki, ABŞ tərəfi Suriya rejim qüvvələrinin İdlibdə mülki əhaliyə və mülki obyektlərə mümkün hücumu ilə bağlı məlumatlardan narahatdır.
Xatırladaq ki, avqustun 25-də Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Suriyaya mümkün hücumu ilə bağlı məlumat yayıb. Məlumatlara görə, Vaşinqton Fars körfəzinə göyərtəsində 56 qanadlı raket olan “Sallivans” esminesi göndərib.
Pentaqon Suriyaya zərbə hazırlığı barədə

Xudaferin.eu
14:50
Digər xəbərlər