Paşinyan Trampın atəşkəsini də pozdu: düşməni nə gözləyir - rəylər

Ermənistan ABŞ-da razılaşdırılan humanitar atəşkəsə də riayət etmədi. Oktyabrın 26-sı səhər saatlarından başlayaraq düşmən nəinki Qarabağı, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının ərazilərini belə atəşə tutub.

Xudaferin.eu“Yeni Müsavat”-a istinadən xəbər verir ki, ATƏT-in Minsk Qrupunun üçüncü həmsədr ölkəsinin humanitar atəşkəs cəhdi də baş tutmadı.

Baxmayaraq ki, Ağ Evin milli təhlükəsizlik müşaviri Robert O’Brayen Azərbaycanı günahlandırırdı. Onun sözlərinə görə, Ermənistan atəşkəsə razılaşdı, Azərbaycan hələ yox...

Reallıq isə göz qabağındadır, erməni tərəfi humanitar atəşkəsə bir saat əməl etmir. Nə Moskva razılaşmasına, nə Fransa prezidenti Makronun təşəbbüsü ilə olan anlaşmaları yerinə yetirən işğalçı qüvvələr, Vaşinqton sazişini də saymadı.

Humanitar atəşkəs dövründə Gəncənin iki dəfə raketlə vurulması, dinc sakinlərin terror olunması, həmçinin Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi və digər istiqamətlərdə yaşayış məntəqələrinin atəşə tutulması hansı tərəfin atəşkəsə razılaşmadığını əks etdirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlamasında da deyilirdi ki, 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşınqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozulur.

Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir.

Əslində Ermənistanın humanitar atəşkəsi vecinə almaması baş nazir Nikol Paşinyanın sərgilədiyi mövqedən irəli gəlir.

Paşinyan açıq şəkildə söyləyib ki, münaqişənin diplomatik həlli yoxdur. Deməli, üç həmsədr ölkənin humanitar atəşkəsə nail olmaq səyləri də düşmənin pozuculuğu nəticəsində puça çıxıb.

Ermənilərin Vaşinqton razılaşmasına əməl etməyəcəyi qabaqdan bəlliydi. Bu da hərbi üstünlük əldə etmiş Azərbaycan Ordusunun işğalda qalan digər ərazilərini də azad etmək imkanlarını genişləndirir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan tərəfindən heç vaxt beynəlxalq hüquq normalarına, sazişlərə riayət olunmayıb.

Deputatın sözlərinə görə, Ermənistan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarınn qətnamələrini rədd edirsə, deməli, bu ölkə üçün beynəlxalq hüquq normaları heç nədir.

Asim Mollazadə: Sahibkarların fəaliyyəti ASAN xidmətlə nizamlanmalıdır

Asim Mollazadə: “Ermənistanda münaqişənin davamında maraqlı olan qüvvələr var”

A.Mollazadə hesab edir ki, sadəcə, korrupsiyaya qurşanmış bəzi siyasətçilər var, onlar Ermənistanın hərəkətlərinə göz yumurlar:

“Dünyada artıq hüququn aliliyi deyil, gücün aliliyi hər şeyi həll edir. Ermənistan bu əməllərinə görə də cavab alacaq.

Azərbaycanın Silahlı Qüvvələri BMT-nin bir neçə qətnamələrini artıq icra edib, digərlərini də icra etməlidir.

Vəziyyət ona gətirib ki, beynəlxalq təşkilatların qətnamələrini Silahlı Qüvvələrimiz icra edir.

Bununla belə, danışıqlar davamlı olmalıdır. Azərbaycan tərəfi maraqlıdır ki, tezliklə sülh əldə edilsin, münaqişə həll olunsun. Yəni sülhü biz tələb edirik".

Deputatın fikrincə, dünyaya ermənilərin atəşkəsi necə pozduqlarını sübut etməliyik: “İşğalçı qüvvələr münaqişədən uzaq olan bölgələrimizə, cəbhədən xeyli aralıda olan yerlərə atəş açırlar.

Çünki Ermənistan mülki əhali ilə mübarizə aparır. Onlar uşaqları, qadınları, dinc insanları öldürmək istəyirlər. Bu da təsadüfi deyil.

Çünki Hitlerin mühafizəsini təşkil etmiş “SS” təşkilatının nümayəndəsinin heykəli İrəvanın mərkəzinə ucaldılıb, bir neçə beynəlxalq terrorçular da orada cəmləşiblər. Bütün bunlar dünya ictimaiyyətinin diqqətini cəlb etməlidir".

A.Mollazadə ermənilərin döyüşlərdə itirə-itirə, işğal etdikləri ərazilərimizi tərk etdikləri halda müharibəni niyə davam etdirməsinə, atəşkəsə əməl etməməsinə belə şərh verdi:

“Ermənistandakı idarəçilikdə hərc-mərclik hökm sürür. Orada münaqişənin davamında maraqlı olan qüvvələr var. Ermənisan dövləti öz millətinin məhvi ilə məşğuldur. Onlar döyüş təcrübəsi olmayan uşaqları belə müharibəyə cəlb edirlər. Bununla beynəlxalq hüquq normalarını pozurlar. Ermənilər bağçalarda, məktəblərdə gizlənirlər. Bu, terrorçuların mahiyyətidir. Onlar insanlardan qalxan düzəldirlər.

Orta Şərqdə terrorçulara xas üsullardan istifadə etdiyi üsuldur. Ermənistana sülh yox, müharibənin davamı lazımdır. Bu, millətin faciəsinin göstəricisidir".

Sürət Hüseynovu qoymurlar rahat yaşasın, deyirlər ki..." - Qulamhüseyn  Əlibəyli

Qulamhüseyn Əlibəyli: “Ermənilər üç həmsədr dövlətin başçısına hörmətsizlik edirsə...”

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd etdi ki, həmsədr ölkələrin prezidentləri Ermənistanın hər üç anlaşmanı yerə vuraraq atəşkəsi pozması ilə bağlı fikirləşməlidir.

Onun fikrincə, bu məsələdə həmsədr ölkə Fransa istisnadır, çünki prezident Makron açıq şəkildə ermənilərə dəstək ifadə edib: “Rusiya və ABŞ isə qərar qəbul etməlidirlər.

Digər tərəfdən isə əgər ermənilər üç həmsədr dövlətin başçısına hörmətsizlik edirlərsə, o halda Azərbaycan özü işğal edilmiş ərazilərini bütövlükdə azad etməlidir.

Hətta Mehri dəhlizinin açılması işinə baxıla, sonra bufer zonalar yaradıla bilər. Buna ölkəmizin haqqı çatır".

Partiya sədrinin sözlərinə görə, ermənilər məğlubiyyətdən özlərini itiriblər və nə qərar qəbul etdiklərini bilmirlər:

“Paşinyan xalqına göstərir ki, biz vuruşuruq, guya təslim olmuruq. Bir yandan isə dünya liderlərinə zənglər edir, qondarma rejimin başçısı Araik Arutyunyan Putinə məktub yazır ki, müharibəni dayandırın. Bununla özlərini beynəlxalq aləmə sülhpərvər kimi təqdim edirlər.

Amma humanitar atəşkəsə əməl etmirlər və ərazilərimizi vururlar. Bu da Ermənistan hakimiyyətinin daxili və xarici siyasətinin uzlaşmadığını deməyə əsas verir. İndiki erməni hakimiyyətinin sonu yaxınlaşır və Paşinyan məğlub olduğu üçün xaotik hərəkətlərə yol verir".

File:Hikmət Babaoğlu.jpg - Wikimedia Commons

Hikmət Babaoğlu: “Həmsədrlər təzyiqi də, təsiri də humanitar atəşkəsi hərbi-hücum taktikasına çevirən işğalçıya etməlidirlər”

Deputat Hikmət Babaoğlu “Trend”ə deyib ki, bundan qabaq hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu, üstəlik, dinc əhalini gecə saatlarında ballistik raketlərdən atəşə tutmaqla...

“İndi Minsk Qrupunun həmsədrləri bu barbarlığı, hərbi cinayəti, terroru görməyiblərmiş kimi yenə də atəşkəs istəyirlər, Azərbaycana təzyiq edirlər. Üstəlik, 25 oktyabr bəyanatının mətninə humanitar atəşkəs yox, birbaşa atəşkəs ifadəsi salmağa çalışırlar. Biz acı təcrübəmizdən bilirik ki, belə atəşkəs işğalçı Ermənistanı gücləndirmək, döyüş meydanında ona üstünlük yaratmaqla Azərbaycana təzyiqi artırmaq cəhdləridir", - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, 25 oktyabr bəyanatına məhz humanitar atəşkəs ifadəsinin salınmasına nail olması olduqca vacib idi və belə də oldu:

“Həmsədrlər təzyiqi də, təsiri də işğalçı Ermənistana, humanitar atəşkəsi hərbi-hücüm taktikasına çevirən işğalçıya etməlidirlər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, heç bir iradə bir xalqın milli iradəsindən üstün ola bilməz".

Xudaferin.eu

16:13