Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başlayır

Bu gün Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı öz işinə başlayır.

Xudaferin.eu-nun xəbərinə görə, iki günlük konfransda Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələsi müzakirə olunacaq.

İclası spiker Oqtay Əsədov açacaq və giriş nitqi söyləyəcək.

Sonra PAİ-nin prezidenti Qabriela Kuevas Barron, PAİ-nin Gənclər Forumunun sədri Mourine Osoru çıxış edəcəklər.

Bununla yanaşı, tədbirdə gənclər və idman naziri Azad Rəhimov iştirak və çıxış edəcək. Konfrans sabah öz işini bitirəcək.

Xudaferin.eu

16:53