Parisdə Luvru mühasirəyə aldılar

Fransalı əsgər Luvra girmək istəyən kişini bıçaqla vurdu. 

Xudaferin.eu xəbər verir ki, bu barədə “Reuters” polisdə olan mənbəyə istinadən məlumat yayıb.

Həmsöhbətin sözlərinə görə, əlində çamadan olan kişi muzey nəzdində fəaliyyət göstərən mağazaya girməyə çalışıb. O, yaralanmadan öncə digər əsgərə hücum etməyə çalışıb. 
Məlumata görə, əsgər əlindən yaralanıb. 

Hazırda Luvrun ərazisi mühasirəyə alınıb. Fransa DİN hadisəni “ciddi” adlandırıb. 

Polisdən bəyan ediblər ki, muzeyin ərazisindən insanlar təxliyə edilib. Luvrun nümayəndəsi muzeyin hazırda bağlı olduğunu, amma təxliyə haqqında məlumatı təsdiqləməyib. 

Xudaferin.eu

14:46