Parataekvondoçumuz dünya çempionatının bürünc medalına sahib olub

Antalyada parataekvondo üzrə dünya çempionatına start verilib. Yarışda 11 taekvondoçu ilə təmsil olunan komandamızın üç üzvü dayanq üzərinə çıxıb.

Xudaferin.eu xəbər verir ki, ilk yarış günündə xanım taekvondoçumuz Röyalə Fətəliyeva (49 kq) yarımfinalda məğlub olsa da, aktivinə bürünc medal əlavə edib.

Mübarizəyə qoşulan digər idmançımız Vüsal İsmayılov (75 kq-dan yuxarı) yarımfinal uğrunda döyüşdə əlindən aldığı zədəyə görə döyüşü davam etdirə bilməyib. Eyni kateqoriya və çəkidə yarışan Vüqar Adışirinov da komanda yoldaşı kimi yarımfinalın bir addımlığında məğlub olub.

Xudaferin.eu

17:29