Pakistanda terror aktından sonra 30 terrorçu məhv edildi

Polis və ordunun Pakistanın bəzi rayonlarında keçirdiyi terror əleyhinə irimiqyaslı reydlər nəticəsində 30-dan çox terrorçu məhv edilib. 

Xudaferin.eu xəbər verir ki, bu barədə “Express Tribune” məlumat yayıb. 

Daxili qoşunların xüsusi bölmələrinin döyüşçüləri Sind əyalətində 18 yaraqlının məhv edildiyi barədə məlumat yayıblar. Həmçinin qeyd edilir ki, polis əməkdaşları tərəfindən hayber-Pahtunhva əyalətində 11 terrorçu zərərsizləşdirilib. 

Ordunun blok-postuna hücum cəhdi zamanı yeddi yaraqlı məhv edilib. 

Reydlər Sehvan-Şərif şəhərində baş verən terror aktından sonra başlanıb. Həmin hadisə zamanı baş verən partlayışda 75 nəfər ölüb. 

Daha öncə Pakistanın terror aktından sonra Əfqanıstan ilə sərhədi bağladığına dair məlumat yayılmışdı. 

Xudaferin.eu

18:15